Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!

19-11-2024, 10:34           
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev qərar imzalayıb.

Qərara əsasən, Məcəlləyə 104-1-ci-(Ekosid-bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda ) maddəsi əlavə edilib.

Bu maddənin sanksiyasında 10 ildən 15 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru