Millinin üzvləri pasportlarını itirdilər -Oyuna çıxa bilməyəcəklər

19-11-2024, 12:44           
Millinin üzvləri pasportlarını itirdilər -Oyuna çıxa bilməyəcəklər
Yamayka millisinin iki üzvü xoşagəlməz vəziyyətlə üzləşiblər.

Sözügedən yığmanın futbolçuları Maykl Antonio və Kaheim Dixon pasportlarını itiriblər.

Bu barədə millinin baş məşqçisi Stiv Maklaren mətbuat konfransında məlumat verib.

"Goal" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
"İki futbolçum pasportunu itirib. Onların yerinə başqalarını çağırmaq və viza almaq üçün çox gec idi, ona görə də itkilərini qəbul etmək məcburiyyətindəyik".

Beləliklə, Antonio və Dixon ABŞ-la KONKAKAF Millətlər Liqası oyununda iştirak etməyəcəklər. Görüş noyabrın 19-dan 20-nə keçən gecə baş tutacaq. \\Fanat.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru