Dövlət büdcəmizdə 3,5 milyard manata yaxın profisit yaranıb
Bu gün, 11:34
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 31 milyard 542,5 milyon manat, xərcləri isə 28 milyard 108,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,4 % və 5,5 % çoxdur.
Son nəticədə 10 ayda büdcədə ümumi daxili məhsulun 3,3 %-i qədər – 3 milyard 434,3 milyon manat profisit yaranıb. Ötən ilin eyni dövründə büdcədə 217,8 milyon manat kəsir olmuşdu.