Kəlbəcərlilər döğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər

Bu gün, 10:18           
Kəlbəcərlilər döğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər
Azərbaycanın qədim tarixə və gözəl təbiətə malik yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonu ərazisindədə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Eyni zamanda bu ərazilərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 5 min il yaşı olan qaya təsvirləri, çop şəkilli qədim turk əlifbası nümunələri aşkar edilib. ”Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngin olan bu qəbristanlıqlar bir daha bu ərazilərdə qədim türk tayfalarınin yaşadığını sübut edir.
Azərbaycanımızın ən dilbər guşələrindən olan bu rayonumuzda1993-cü ildə 10 gündən çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki verərək və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail oldular. 2 aprel 1993 cu ildə Kəlbəcər rayonu Ermənistan Respublikasının Silahlı Quvvələri tərəfindən işğal olundu. BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda 822 saylı Qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin işğalçı Ermənstan dövləti digər Qətanmələr kimi bu qətnamənin də icrasını təmin etmədi.
Prezident İlham Əliyevin söylədiyi kimi “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”
Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük “Vətən Müharibəsi”ndə bir birinin ardınca işğal altında olan rayonlarimızı azad etməsi Ermənstanı cıxılmaz vəziyyətdə qoydu və 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Bu gün işğaldan azad olunmuş digər rayonlarımız kimi Kəlbəcərdə də abadlıq, quruculu işlərinə, böyük infrastruktur layihələrinə start verilib. İndi 30 ilə yaxın bir müddətdə köçkünlük həyatı yaşıyan 10 minlərlə Kəlbəcərli oz döğma ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.


Könül Əfəndiyeva – YAP üzvü













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.