Naxçıvan mədəniyyət nazirinin İrandakı molla rejimi ilə nə kimi bağlantısı olub? – NATƏVAN QƏDİMOVA HAQDA ŞOK FAKTLAR
27-04-2023, 11:54
Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət naziri Natəvan Qədimova barəsində redaksiyamıza növbəti şok informasiyalar daxil olub. Hurriyyet.az etibarlı mənbəyə istinadən xəbər verir ki, N.Qədimova fəaliyyəti müddətində Türkiyəyə və Türk millətinə qarşı olmaqla yanaşı, İrandakı fars şovinizminə xidmət göstərib. Bununla bağlı redakskiyamıza daxil olan faktları dəyərli oxucularımızla bölüşürük:
“Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Türkiyə Respublikasını, o cümlədən Türk millətini qaralamaq fəaliyyətini həyata keçirməsində, fars şovnizminin isə təbliğ edilməsində ən böyük “yarağı” Nətavən Qədimova olub.
Bir faktı qeyd etməklə sizə çatdırmaq istəyirəm ki, Nətavən Qədimova Azərbaycan xalqına düşmən bir məmur olmuşdur.
Bu arada, onu da qeyd edim ki, Natəvanın anası Rübabə müəllimə Əkrəm Əylislinin xalası qızıdır və Natəvanın Azərbaycan xalqına düşmənçiliyinin səbəbi də başadüşüləndir.
Naxçıvanın mədəniyyət naziri təyin olundu
Məlum olduğu kimi, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Bu tədbirlər çərçivəsində 2018-ci ilin sentyabr ayında “İslam filimləri” həftəsi keçirilib. Burada İran filmləri olaraq “Mən məktəbə getmək istəyirəm” və “Yağış” filimləri nümayiş olundu. Həmin filimlərdə fars şovinizmi incə olaraq təbliğ edilirdi. Türk filmi kimi isə “Ulak” filmi (rejissor Çağan İrmak) nümayiş etdirilmişdir. “Ulak” filminin nümayişində Türkiyə və İranın Naxçıvandakı konsulları da iştirak edirdi. “Ulak” filmi nümayiş olunarkən zalda elə bir əxlaqsız ab-hava yarandı ki, Türkiyənin konsulu təcili olaraq tədbiri tərk etmək istədi, sadə nəzakət nümunəsi olaraq son anda fikrindən daşındı. Sizdən xahiş edirəm ki, “Ulak” filmini izləyəsiniz və ya müvafiq qaydada paylaşasınız, Azərbaycan xalqı görsün ki, bu tədbiri təşkil edən, həmin filmi “İslam mədəniyyəti” nümunəsi olaraq insanlara sıramaq istəyən Natəvan Qədimova hansı əxlaqın sahibidir.
Bu kimi yüzlərlə faktın təkcə birini qeyd etməklə, sizə məlum etmək istəyirəm ki, Natəvan Qədimova Naxçıvana təkcə maddi olaraq deyil, həm də mənəvi olaraq ziyan vurmaqda Vasif Talıbovla “çiyin-çiyinə” vuruşub”.
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.