ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso

18-11-2024, 11:39           
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Moskva və Vaşinqton arasında özünəməxsus xüsusi hərbi əməliyyat gedir. İki ölkə Ukraynada münaqişəni bitirmək üçün dialoq aparmağa başlamalıdır.

Axar.az xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso deyib.

“Ukrayna ilə bağlı danışıqlar zəruridir. Ukraynadakı vəziyyət səbəbindən Avropanın maliyyə və hərbi resursları tükənib. Moskva ilə Kiyev arasındakı hərbi əməliyyatları yalnız danışıqlar masası arxasında dayandırmaq mümkündür. Bu, hərbi münaqişə deyil, Ukrayna ərazisində Rusiya ilə ABŞ arasında xüsusi hərbi əməliyyatdır. Hərbi əməliyyatları maliyyə və ya hərbi yardım vasitəsilə dayandırmaq mümkün deyil”, - Fitso bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru