Harris son 20 ildə məğlub olan ilk Demokrat namizəd olub

18-11-2024, 11:34           
Harris son 20 ildə məğlub olan ilk Demokrat namizəd olub
ABŞ-ın vitse-prezidenti Kamala Harris son 20 ildə prezident seçkilərində məğlub olan ilk Demokrat namizəd olub.

APA xəbər verir ki, “The New York Times“ın yaydığı məlumata görə bu, göstərilən müddət ərzində demokratlar arasında ən pis nəticə olub.

Əhəmiyyətli maliyyə üstünlüyünə və 15 həftəlik kampaniyada 1,5 milyard dollar xərcləməsinə baxmayaraq, Harris bütün əsas ştatlarda Donald Trampa uduzub.

Kampaniya zamanı Harris reklamlara, məşhurların tədbirlərinə, konsertlərə və digər yığıncaqlara həftədə 100 milyon dollara qədər pul xərcləyərək demokratların tənqidinə tuş gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru