17 mərtəbəli binanın 18-ci mərtəbəsi!: Qanunsuzluq, yoxsa...?

4-05-2023, 18:13           
17 mərtəbəli binanın 18-ci mərtəbəsi!: Qanunsuzluq, yoxsa...?
"Çoxmərtəbəli binaların üzərində əlavə bir və ya iki mərtəbənin inşa olunması özbaşına həyata keçirilə bilməz".
TEREF.AZ xəbər verir ki, bunu "Sherg.az"a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, bunun üçün müvafiq icra hakimiyyəti orqanları, Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı, təsdiqi zəruridir:
"Sözügedən binaya əlavə bir mərtəbənin artırılması üçün qərarın, rəylərin mövcud olub-olmadığını bilmirik. İcazə verilməyibsə, təbii ki, qanunsuz tikili sayılır. Yəqin ki, müvafiq qurumlar məsələni araşdırıb, qərar verəcəklər.

Həmin rəylər varsa və tikinti işləri qanunvericiliyin tələblərinə və standartlarına uyğun şəkildə həyata keçirilibsə, normal qəbul olunandır.

Çünki praktikada belə hallar baş verib. Burada məsələnin ən önəmli və əhəmiyyətli tərəfi binada yaşayış olduğu halda əlavə mərtəbənin tikilməsidir".

Mütəxəssisin qənaətincə, bu kimi işlər təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunmaqla, eyni zamanda təbii ki, bina sakinlərinin rahatlığına ziyan vurmadan, vətəndaşların hərəkətini məhdudlaşdırmadan görülməlidir".

Qeyd edək ki, Xətai rayonu, Həsən Salmani küçəsi, 17 ünvanında “Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq, 18-ci mərtəbəsi tikilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.