Azər Zeynalovun yeni obyektlərinin siyahısı! - KÜRƏKƏNİNƏ 10 MİLYONLUQ ƏMLAK HƏDİYYƏ ETDİ…
5-05-2023, 15:20
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədr əvəzi və sədrinin birinci müavini Azər Zeynalovla bağlı Hurriyyet.az-ın redaksiyasına şok faktlar daxil olub.
Etibarlı mənbələrdən daxil olun məlumata əsasən, A.Zeynalov kürəkəninə dəyəri 10 milyon manat olan obyekti “çehiz verib”. Söhbət Naxçıvan şəhərində yerləşən “Əlincə Servis”dən gedir(FOTO).
Mənbə deyir ki, bu obyekt vaxtilə Naxçıvanın keçmiş maliyyə naziri, Culfanın Əlincə kəndindən olan Xalid İskəndərovun ailəsinə məxsus olub. O, 2016-cı ildə “Naxçıvan xanı”nın qəzəbinə tuç gəldiyindən, həmin obyekti ondan alıb, Azər Zeynalova satıblar. A.Zeyanalov isə “Əlincə Servis”i kürəkəni və əmisi oğlu olan Əsədulla Zeynalova bağışlayıb. Bundan əlavə, kürəkənə daha bir villa hədiyyə olunduğu da bildirilir(FOTO).
Qeyd edək ki, bu servisin çox böyük ərazisi var, içində hər cür avadanlıqlarla təchiz olunmu avtomobiul təmir sexləri, moykalar, anbarlar və s. var. Yanında isə ona aid olan, hazırda icarədə olan “İstedad kursu” fəaliyyət göstərir.
O ki qaldı “Əlincə Servis”in sabiq maliyyə nazirindən alınmasına, mənbə deyir ki, bu, heç də səbəbsiz olmayıb. Belə ki, 2015-ci ildə Xalid İskəndərovun bir neçə milyonluq maliyyə maxinasiyası aşkara çıxarılıb. O, “obşak”dan pul oğurlamaqda ititham edilərək, “xan”ın qəzəbinə gəlir. Nəticədə bütün sərvəti əlindən alınaraq, vəzifədən qovulur. Üstəlik, bu məsələdən sonra Gömrük Komitəsində çalışan oğlu Sadiq İskəndərovun da həbs edildiyi bildirilir.
Onu da qeyd edək ki, mənbə Azər Zeynalovun yeni obyektlərinin siyahısını da redaksiyamıza təqdim edib. Onları oxucularımızla bölüşürük:
1.“Qara Dəniz” restoranı.
2. “Dəyirmançı” restoranı.
3. Tələbə qızlar üçün böyük yataqxana.
4. Qadınlar üçün idman zalı.
5. “Karvan” restaranı.
6. “Badaşqan” restoranı.
7. “Əlincə Servis” – Kürəkəninə bağışlayıb.
8. “İstedad” kursları (FOTO).
9. Kişi və qadın gözəllik salonları.
10. Poliklinka və s.
Bütün bunlardan əlavə, Azər Zeyanlovun Şərurda, Batabatda dəyəri milyonlarla manat olan çox sayda villasının olduğu da vurğulanır.
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.