Hacıbala Abutalıbovun 23 illik “qara kassiri”nin adı bəlli oldu – Bəhruz Mehdiyev Abutalıbovun “qlavbux”u, “xəzinədar”ı.. - Bəhruz Mehdiyevdə cəmləşən gizli milyardlar...

9-05-2023, 10:24           
Hacıbala Abutalıbovun 23 illik “qara kassiri”nin adı bəlli oldu –
Bu milyardlar dövlətə qaytarılmalıdır.... Ötən yazılarımızın birində 23 ildən çox mühüm vəzifələrdə işləmiş ( 1995-2000-ci illərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, 2001-ci ildən 2018-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, 2018-ci ildən Azərbaycan Respublikası Baş nazirinin müavini və hazırda təqaüdçüdür ) Hacıbala Abutalıbovun “qara kassir”i olan şəxsdən bəhs etmişdik.
Təsəvvür edirsiniz 23 ildən artıq mühüm vəzifələrdə işləmiş vəzifəli şəxsin “dəftər-kitab”ına nəzarət edən, qara kassiri olan şəxsin özünün nə boyda varidatı var. “Qara kassir”in, “qara mühasibat”lığın nə olduğunu bilənlər başa düşür ki, söhbət nədən gedir. Qara kassirə keçməzdən öncə Hacıbala Abutalıbovun 23 illik fəaliyyətinə, qazandığı milyardlara nəzər salaq ki, “qara kassir”in əkişdirdiklərini hesablaya bilək.
Deməli, Hacıbala Abutalıbov 23 ildə milyardlara sahib olub. Təkcə onu qeyd edək ki, 2018-ci ildə işdən çıxacağını bilən Hacıbala Abutalıbov 12 sahibkarı aldadaraq onlardan 100 MİLYON MANAT pul alıb və sonra vəzifəsi ilə vidalaşıb. Həmin aldanmış sahibkarlar neçə ildir ki, Hacıbala Abutalıbovu TUTMAĞA çalışırlar. Biz Hacıbala Abutalıbovun yüz milyonluq mülklərinin bir hissəsini qeyd edirik.
Buyurun bu əmlakın bir qisminə nəzər salın: Nərimanov rayonundakı Yaşıl bazar və Keşlə bazarı. Füzuli küçəsi 39 ünvandakı “sürüşən bina”nın birinci mərtəbəsi. Nizami rayonundakı Mehdi Abbasov küçəsində “Bakelektrikşəbəkə”nin anbarları və qarajını da özəlləşdirilib və hazırda icarə əsasında obyekt işləyir. Bakı Avtovağzal Kompleksinin qarşısında 3 mərtəbəli restoran. Rəşid Behbudov küçəsində, XDU-nin yanında 7 mərtəbəli Biznes mərkəzi. Hüseyn Cavid bağındakı çay evi. Nərimanov rayonunda Bakı şəhər Ticarət Departamentinin yerləşdiyi inzibati bina. Binəqədi rayonunda Heydər məscidinin yanındakı çoxmərtəbəli Mərasim evi. Balaxanı qəsəbəsində bir zavod. Yasamal rayonunun Qurban Xəlilov küçəsində, Vergilər Xidmətinin arxasındakı parkda bir neçə kafe. Və oğlu İsrafilin Londonda, Türkiyədəki 100 milyonluq mülkləri...
Bəli, əlahəzrət məntiq deyir ki, Hacıbala Abutalıbovun bütün gizlinləri ortaya çıxmalıdır. Bu Hacıbala Abutalıbovun haqqında bildiklərimizin cüzi bir hissəsi. İndi isə keçək “qara mühasib”ə... İlk öncə məlumat üçün onu qeyd edək ki, söhbət Bakı ŞİH-nin Maliyyə İdarəsindən getmir.... Söhbət Hacıbala Abutalıbovun şəxsi “buxqalter”indən, “qlavbux”undan, loru dildə desək “xəzinədar”ı Bəhruzdan gedir. Bu adamın 23 ildə oğurladığı dövlət vəsaiti 100 milyonlar səviyyəsindədir. Görəsən, bu günədək nə üçün hüquq-mühafizə orqanları Bəhruz Mehdiyevi sorğu-sual etməyiblər, nə üçün soruşmayıblar ki, dövlətdən 600-800 manat maaş alan kəsdə bu qədər sərvət haradandır..?
Təsəvvür edirsiniz, Bakıda tikilən hər yeni binada Bəhruza məxsus mənzillər var. Əgər hüquq-mühafizə orqanlarına maraqlı olarsa, biz bir media olaraq Bəhruz Mehdiyevin yüz milyonluq mülklərinin, obyektlərinin dəqiq siyahısını təqdim edə bilərik. Yeri gəlmişkən, Bəhruz Mehdiyevə dəstək verənlərdən biri də Səbael rayon prokuroru, mərhum Məhəmməd Əsədovun oğlu Natiq Əsədovdur. Özünü Əhməd Əhmədzadənin kürəkəni kimi, başqa vəzifəli məmurların yaxını kimi təqdim edən Natiq Əsədova deyirəm ki, sənin mərhum atanı ayaqqabısından tanıyan və dəfnində yaxından iştirak edən mən olmuşam. Amma atalar demişkən, “oddan kül...” məsəlidir.
Bu gün sən Bəhruz kimiləri müdafiə edirsən. Çox heyflər olsun ki, o kişinin ocağında sənin kimi birisi var. Elə bilirsən etdiklərin cavabsız qalacaq, Əsədov..?
Bəli o Əsədov ki, Zəngilan məclislərindən çox vaxt qovulur, heç kim onu bir Zəngilanlı kimi tanımır. Amma uzun müddətdir ki, özünün çoxlu biznes obyektləri olan Səbail kimi rayonda prokurorluq edir. Axı prokuror kimi bir rayonda uzun müddət qalmağın bir adı var. Rüşvətin, korrupsiyanın kökünü kəsə bilməmək. Yuxarılara verilən hesabatlar heçdə olduğu kimi deyildir. Amma Səbail rayon prokuroru Əsədov uzun illərdir ki, Səbaildə prokuror vəzifəsində çalışır.
Bu mövzu ilə bağlı geniş araşdırmamız növbəti yazımızda olacaq. O ki, qaldı Bəhruz Mehdiyevə, Bəhruz Mehdiyevin ayda 600-800 manat arası aldığı məvaciblə 100 milyonlara necə sahib olması haqqında yazılarımızı oxuyacaqsınız.

P.S. Qumar oyunları, eyş-işrət məclisləri barədə Gürcüstandan reportaj olacaq. Bizi izləyin.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.