Göyçaylılar zibil içində üzür - VİDEO

23-06-2016, 10:26           
Göyçaylılar zibil içində üzür - VİDEO
Gün keçdikcə Bakı daha müasir görkəm almağa başlayır. Son vaxtlar simasını dəyişən paytaxtımızda abadlıq və quruculuq istiqamətində xeyli işlər görülür,təmizlik işləri aparılır.Lakin çox təəssüflər olsun ki,təmizlik məsələsini bəzi bölgələrimizə aid etmək olmaz.Götürək elə Göyçay rayonunu…Beləki,çoxsaylı sakinlərin müraciəti əsasında BTV olaraq Göyçay rayonuna yollandıq.Rayonun Bahəddin Mirzəyev küçəsinin sakinləri bizə təmiz hava üzünə həsrət qaldıqlarını bildirdilər.Ərazidə zibil qutularının olmaması orada çox dəhşətli mənzərə yaradıb. Baş çartladan üfünət qoxusu,zibildən yaranan təpəciklər baxan adamı bir daha “baxmağa” məcbur edir.
Bildirək ki,burada ölü heyvan cəsədlərinə belə rast gəlmək mümkündür.Bütün bunları nəzərə alsaq görərik ki, həqiqətən də ərazidə yaşayan sakinlər çox dözümlüdür.
Məsələ ilə bağlı Göyçay rayon Mənzil İstismar sahəsi ilə əlaqə yaratmağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
Telefonlarımıza cavab verilməsə də ümidvarıq ki,süjetdən sonra lazımı addımlar atılacaq.Belə olan halda isə sakinlərə gözləməkdən başqa çarə qalmır!
[media=https://www.youtube.com/watch?time_continue=167&v=q0jPE8CtOwo]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru