Mandatını verib, başçı olmaq istəyir - İDDİA

23-06-2016, 11:18           
Mandatını verib, başçı olmaq istəyir - İDDİA
Bu haqda AzMedia.info-nun əldə etdiyi özəl məlumata görə, millət vəkilinin cənub bölgəsində iki rayondan birinə rəhbər göndəriləcəyi haqda xəbərlər var.

N.Əliyevin Masallı və ya Astaraya icra başçısı təyin olunması üçün səy göstərilir. Böyük ehtimalla N.Əliyev doğulduğu rayona - Masallıya icra başçısı gətiriləcək.

Qeyd edək ki, Masallıda əsasən iş adamları, sahibkarlar deputatdan ciddi şəkildə narazılıq edirlər. N.Əliyev Masallıda iş adamlarına “divan tutan” millət vəkili kimi yadda qalıb. Mətbuat üzərindən yayılan xəbərlərdə də deputatın sahibkarlara “qan uddurması” haqda faktlar yer alıb.

Üstəlik, hərbi xidmətdə olmayan N.Əliyevin necə icra başçısı olacağı da sual doğurur. Eyni zamanda onun saxta diplomu olduğu da mediada yayılan məlumatlardan biridir. Bütün bu detallar və bioqrafiyası onun barəsində Masallı ictimaiyyətində mənfi rəy formalaşdırıb.

Deputat kimi seçicilər, rayon əhalisi və iş adamları arasında narazılıqla qarşılanan N.Əliyevin Masallının icra başçısı olacağı halda daha hansı problemlər yaradacağı indidən düşündürücüdür












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.