"Nə qədər ki, bu adam ölkənin rabitə, yüksək texnologiyalar sahəsinə rəhbərlik edir, bəlalarımız çox olacaq." - Jurnalistdən SOS...

4-07-2023, 09:31           
"Nə qədər ki, bu adam ölkənin rabitə, yüksək texnologiyalar sahəsinə rəhbərlik edir, bəlalarımız çox olacaq." - Jurnalistdən SOS...
Nə qədər ki, bu adam ölkənin rabitə, yüksək texnologiyalar sahəsinə rəhbərlik edir, bəlalarımız çox olacaq. Adamın işi ancaq babat fotolar, kef, əyləncə, eyş-işrət...
Ölkədə zəlzələ olur, məlumatı google verir, sıfır münasibət, sosial şəbəkələr dağılır, sıfır münasibət, fake məlumatlar müxtəlif internet resursları, mobil tətbiqlər vasitəsilə ilə ajiotaj yaradır, nazirlikdən sıfır münasibət...
Bu adam ölkənin internet və informasiya təhlükəsizliyinin anasını ağladıb. Ölkənin internet məkanı "aşsüzən" olub. İran bir tərəfdən, Ermənistan, Rusiya bir tərəfdən girib içimizə, istədiyi informasiyanı, istədiyi formada və istədiyi formatda yayır və istədiyi bölgəyə daşıya bilir. Tik-tok.da az qala Azərbaycan yer üzündən silinir, Rəşad Nəbiyev 10 minlik kostyumunu, köynəyini sabaha hazırladır.
Teref.az xəbər verir ki, bunu jurnalist Sabuhi Mubarizoglu Abbasov feysbukda yazıb. Jurnalist yazdıqlarını şərh edərək, fikrini davam etdirir:
Arada Bakıdan çıxın, regionlara boylanın, görün bu nazirlik Mozambikin rabitə nazirliyi səviyyəsində fəaliyyət göstərir ya yox?!
Müharibədən sonra bütün prosesləri incələyəndə, bəlli olur ki, bütün sahələrdə qalibik, bir tək rabitə, yüksək texnologiya, internet təhlükəsizliyi, kibersənaye sahəsində uduzuruq, həm də böyük fərqlə. Qısa zamanda bu naziri Azərpeykin kapsulasına qoyub, kosmosa göndərməsək, bədəlini ağır ödəyəcəyik...
Sabuhi Mubarizoglu Abbasov
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.