Göyçayda antisanitariya sakinləri ayağa qaldırdı: “Koronavirusdan da betər xəstəliklər yayıla bilər”

12-07-2023, 11:04           
Göyçayda antisanitariya sakinləri ayağa qaldırdı: “Koronavirusdan da betər xəstəliklər yayıla bilər”
Göyçay sakinləri antisanitariyadan şikayətçidir.
Sakinlər Qaynarinfo-ya bildirib ki, bu gün Göyçayda əsas problem şəhərin təmizliyi ilə bağlıdır.
Sakinlərin sözlərinə görə, şəhərdə zibil qutuları günlərlə dolu vəziyyətdə qalır. “Zibil aşıb-daşır, amma daşıyan yoxdur. Əvvəllər səhər saatlarından etibarən zibilin təmizlənməsinə başlanardı. İndi isə bunun əksi baş verir”, deyə sakinlər bildirir.
Onlar baş verənlərdə Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Ruslan Məmmədovu ittiham edir. Sakinlərin sözlərinə görə, zibil problemi məhz Ruslan Məmmədovun MKTB-nin rəhbəri təyin olunmasından sonra başlayıb.
“Ruslan Məmmədov bundan əvvəl Göyçay Elektirk Şəbəkəsinin müdiiri vəzifəsində çalışıb. Yarıtmaz fəaliyyətinə görə işdən çıxarılıb. İndi də Mənzil Kommunal Təsərrüfat Birliyinə rəsi təyin ediblər. O da başımıza oyun açır. Əvvəllər kimin ixtiyarı var idi ki, quru yarpaqları yandırsın. Amma indi Göyçay tüstünün içində boğulur. Zibil qabları aşıb-daşır, üfünət iyindən yollardan keçmək olmur. Göyçayda yaxın günlərdə karonavirusdan da betər xəstəliklər yayıla bilər. Göyçay sakinləri olaraq icra başcısından və ölkə rəhbərliyindən xahiş edirik ki, bizi bu insanın əlindən xilas etsinlər”, deyə sakinlər bildirib.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.