"Bu `Azərlotereya` bildiyiniz..." - AÇIQ MƏZƏLƏNİRLƏR...
12-07-2023, 10:28
Bir neçə gün əvvəl ölkənin yeganə RƏSMİ QUMAR şəbəkəsi olan "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlı sakini Sakin Hüseynova qismət olması haqda xəbərlər kerli KİV-in BƏZƏYİNƏ ÇEVRİLDİ... Hamı bəh-bəhlə bu xəbəri oxudu və xeyli güldü...
DİA.AZ bildirir ki, əslində özünü gülüş yerinə qoyan elə "Azərlotereya” ASC-nin rəhbərliyi idi.
Hər halda təqdim etdikləri fotodan da məsələnin nə yerdə olduğu aydın görünürdü. Elə haqlı olaraq sosial şəbəkə istifadəçiləri bu fotonu əməlli-başlı məsxərəyə də qoydular.
DİA.AZ həmin rəylərdən daha etik olanlarını təqdim edir:
Nadir Qənizadə: "ƏGƏR hansısa Azərbaycan vətəndaşı "Azərlotoreya"dan yarım milyon udubsa, həmin pulu şəxsən ödəməyə hazıram..."
Zaur Talıblı: "Atacanı, inanmıram... cəhənnəmə, adama heç olmasa beş altı min verəydilər..."
Zaur G. Rajabov: "Əşi bu məbləği udanın qohumu qonşusu yoxdu? Həmin adam bu məbləği qazanmış olsaydı indi qohum-qonşu "tiktok"u cırıq-cırıq edərdi. Nə isə bura Məzarbaycandır. Gördüyünüz hər şeyə inanmayın..."
Resad İsgəndər: "Satış azalan kimi camaatı belə yalançı reklamlarla şirnikləşdirirlər..."
Məhəmməd Ərsoy: "Adamın sifətindən oxunan başqa şeydir eee... Normalda, yarım milyon udan şəxs əlindəki tableti diri-diri yeyər eee... Hələ də bu dələduzlar ruhumuzu oxşaya bilmirlər də..."
Zaur Qəriboğlu: "Bu "Azərlotereya" bildiyiniz dələduz müəssisədir..."
***
Hər halda rəylərdən də gördünüz ki, əksəriyyəti jurnalist olan fikrini bölüşdüyümüz vətəndaşlar dövlətin qumar biznesini icra edən "Azərlotoreya" barəsində səmimi olaraq necə düşünür...
Yuxarıdakı faktlarla əlaqədar dia.az olaraq bütün aidiyyatı olan qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq...