Bir məktəb direktorunun topdağıtmaz "səltənəti"

13-07-2023, 00:17           
Bir məktəb direktorunun topdağıtmaz "səltənəti"
Bir məktəb direktorunun topdağıtmaz "səltənəti"Bir müddət əvvəl sosial şəbəkələrdə və elektron mediada Şirvan şəhərı 13 saylı tam orta məktəbin direktoru Aynurə Rzayevanın barəsində məlumatlar yayılmışdır. Biz də bir media orqanı olaraq həmin məlumatlara istinad edərək araşdırma apardıq. Əldə etdiyimiz bir sıra ciddi məlumatları geniş ictimaiyyətlə bərabər Elm və Təhsil naziri Emin Əmirullayevin də diqqətinə çatdırmağı özümüzə bilirik. Ümid edirik ki, Təhsil naziri məlumatların yerində araşdırılması və qanun çərçivəsində tədbirlər görülməsini aidiyyatı qurumlardan tələb edəcək. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də məlumatları araşdırıb dərhal ölçü götürəcəyinə ümid edirik.

Əldə etdiyimiz ən səhih məlumatlara görə, xanım direktorun Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində 4 otaqlı mənzili, Leytenat Mahmud İbrahimov küçəsində 1 otaqlı mənzili, Xaqani küçəsində 50 kv.metr ticarət obyekti, Mahir Mirzəyev küçəsində avtomobil təmiri sexi, Mahir Mirzəyev küçəsində 300 kv.met həyətyani torpaq sahəsi və deyilənə görə hələ Bakı şəhərəində də bir neçə mənzili və obyektləri var. Bunları gələn yazmızda dərc edəcəyik. Keçək əsas məsələyə.
Məlumatlı şəxslərin sözlərinə görə Aynurə Rzayeva heç direktorların qəbul imtahanından belə keçə bilməyib.Belə olan təqdirdə xanım hansı əsaslarla direktor vəzifəsində çalışır? Axı bu neçə olur, bəlli deyil. Aynurə Rzayeva 2015 ci ildə direktorların qəbul imtahanından saxta sənəd əldə edərək 13 saylı məktəbə direktor təyin olunmuşdur. Axı təhsil Nazirliyi buna necə göz yumub? Direktor təyin olunandan sonra vəzifəsindən sui istifadə edərək dövlətin qanunları ilə yox, öz qayda və qanunları ilə məktəbi idarə etməyə başlamışdır. Müəllimlərin əsas dərs saatlarından əlavə, qanundan kənar dərs saatı yazaraq onlardan hər ay pul tələb edərək külli miqdarda vəsait toplamışdır. Hətta məktəbdə dövlət vəsaiti hesabına aparılan cari təmirə ayrılan dövlət vəsaitlərini də mənimsəmişdir. 2018 ci ildə Şirvan şəhərində ən böyük məktəblərdən biri olan 16 saylı tam orta məktəbə Təhsil nazirliyinin rəsmi razılığı olmadan keçmiş təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyevin daxili saxta əmri əsasında 16 saylı məktəbə direktor təyin olunmuş, amma adı 13 saylı məktəbin direktoru kimi getmişdi. Bir adam necə iki məktəbi idarə edə bilər və əmək haqqısını 16 saylıdan yox 13 saylı məktəbdən alır. 16 saylı məktəbdə də burda mənəm Bağdadda kor xəlifə deyərək idarə etməyə başlamışdır. Kanalımıza etibarlı mənbələrdən bildirirlər ki, 2018-2019 cu tədris ilində 16 saylı məktəbdə işləyərkən direktor səlahiyyəti olmaya -olmaya 9 və 11 ci siniflərin buraxılış şəhadətnamə və attestatlarına imza atmışdır. Bu da müəllimlərin haqlı narazılıqlarına səbəb olmuşdur. Məktəbin kollektivi tərəfindən müxtəlif dövlət orqanlarına müraciətlər ünvanlanmış və göndərilərn şikayət məktubları şəhər təhsil şöbəsində Rövşən Allahverdiyev tərəfindən ört-bastır edilmişdir. Aynurə Rzayeva 16 saylı məktəbdə korrupsiyaya yol açaraq külli miqdarda vəsait toplamışdır. Kollektivin çoxsaylı şikayətləri əsasında Səlyan Regional maliyyə idarəsi tərəfindən haqqlı olaraq 13 və 16 saylı məktəblərdə maliyyə yoxlaması aparılmış, 17 min manat dövlət vəsaitin mənimsənilməsi aşkarlanmışdır. Bununla bağlı maliyə idarəsi tərəfindən akt tərtib olunmuş, lakin Rövşən Allahverdiyevin Aynurə Rzayevaya arxa dayaq çıxması nəticəsində dövlətdən mənimsənilən vəsaitin bu günə qədər geri ödənilməsi təmin edilməmişdir. İndi məlum oldu ki, saxta direktor vəzifəsində çalışan Aynurə Rzayeva bu qədər əmlakı necə əldə edib?

Bütün bu kimi suallara Elm və Təhsil naziri Emin Əmirullayevin aydınlıq gətirməsini istərdik. Qoy gənc və islahatçı nazır Şirvan şəhərində Rövşən Allahverdiyevin şərait yaratdığı Aynurə Rzayevanın aylıq əmək haqqı ilə əldə etdikləri əmlakların real qiymətlərini müqayisə etsin, vursun, çıxsın, üstünə gəlsin və bu maaşla bu qədər əmlakı neçə ilə almağın mümkün ola biləcəyini müəyyən etsin.
gundeminfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.