Ölkənin tanınmış yerli şirkətlərindən biri olan "TAC” MMC-nin istehsal etdiyi sular standartlara uyğun olmadığı iddia olunur.
Bu barədə şirkətdə çalışan işçilər AzToday.az-ı məlumatlandırıblar. Onların sözlərinə görə, bu günlərdə "TAC” MMC rəhbərliyi istehsal olunan qazlı və qazsız suların tələblərə cavab vermədiyini bildiyi üçün məhsulları gizlədib. Səbəb isə Qida Təhlükəsizliyi Agentliyinin şirkətdə yoxlamalar aparacağı gözləntisidir. Belə ki, şirkət rəhbərliyi yaxın günlərdə AQTA-nın qəfil yoxlama keçirəcəyi ilə bağlı məlumat alıb. Bu baxımdan ehtiyat tədbirləri həyata keçirməyə başlayıb.
Bu arada qeyd edək ki, "Aquavita” adı ilə tanınan şirkətdə işçilərin əmək hüquqları kobud şəkildə pozulur. İşçilərin maaşı gecikdirməklə bərabər, onları Əmək Məcəlləsində nəzərdə tutulan 8 saatdan daha çox işlədir…