MƏŞHUR MEŞƏ "BROKONYER"İ QƏBƏLƏDƏ TÜRK VƏTƏNDAŞI GİROV GÖTÜRDÜ VƏ VƏHŞİCƏSİNƏ ZORLADI

13-07-2023, 08:08           
MƏŞHUR MEŞƏ "BROKONYER"İ QƏBƏLƏDƏ TÜRK VƏTƏNDAŞI GİROV GÖTÜRDÜ VƏ VƏHŞİCƏSİNƏ ZORLADI
Etibarlı mənbənin verdiyi məlumata görə Qəbələ rayonun Abrıx kənd sakini Rüstəmov Eyvaz Əmilfət oğlu sosial şəbəkədə ( tik-tokda) tanış olduğu türk vətəndaşı olan qadını ( ad etik qaydalara görə çəkilmir) Qəbələyə qonaq çağırmış və rayon mərkəzində ona şəxsi evdə kirayə tutmuşdur. İyul ayının 10-da səhər qonağı rayonu gəzdirdikdən sonra birlikdə evə qayıtmışlar. Eyvaz Rüstəmov qadınla evdə qaldıqdan sonra evinə getməmiş, otağın qapısını içəridən bağlayaraq onunla əylənməyi təklif etmişdir. Türkiyəli vətəndaş Eyvazın bu təklifinə razılıq verməmişdir. Belə olan halda hiyləgər fəndə əl ataraq otaq qapısının kilidini əvvəlcə korlamış və qıza buna pörə narahat olmamağı bildirmişdir. Özünün evin həndəvərində olacağını bildirmiş və qızın rahat yatmasını tövsiyə etmişdir. Gecə saat 2 radələrində Eyvaz qəfildən otağa daxil olmuş və qızı vəhşicəsinə cinsi təcavüzə məruz qoymuşdur. Elə həmin gün səhəri qız evdən qaçmağa imkan tapmış və Qəbələ rayon Polis Şöbəsinə şikayət etmişdir. Həkim ekspertizası keçirilmiş və türk vətəndaşına qarşı törədilən zorlama faktı təsdiq edilmişdir. Hazırda baş vermiş utancverici hadisəilə bağlı yerli prokurorluğun nəzarəti altında araşdırma davam edir. E.Rüstəmovun yaxınları baş vermiş hadisənin ört basdır edilməsi üçün bütün vasitələrdən istifadə etdikləri bildirilir.
Güman edirik ki, Türkiyə Cumhuriyyətinin ölkəmizdəki Böyük Elçiliyi baş vermiş hadisənin hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayətə düzgün qiymət verilməsi üçün araşdırmanın ədalətli aparılmasını nəzarət altında saxlayacaqdır.
Son aldığımız məlumatdan o da aydın olub ki, Eyvaz Rüstəmovun əsas məşğuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarələrilə gizli sövdələşərək meşələrdən işlik materialların daşınıb satılması işilə məşğul olmuşdur. Son 6 ildə düzən və meşəli dağlarda ağacların məhv edilərək E.Rüstəmova məxsus Kamaz, URAL və 3 difirli ZİL yük avtomobili ilə qanunsuz daşımalarla məşğul olmuşdur.
Dünən, iyulun 11-də Qəbələdə kənd kənd düşüb törətdiyi cinayəti ört-basdır etmək üçün əlimyandıda 5000 manat borc pul axtarırmış...
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.