Astaranın icra başçısı haralardadır ki? - Vətəndaş ÇARƏSİZ DURUMDA
13-07-2023, 09:23
3 uşaq atası olan Astara rayon sakini İbrahimov Bəylər Ramil oğlunun yoxsul və acınacaqlı şəraitini bir sıra məmurlar göz ardı ediblər. Heç bir yerdə çalışmayan, ünvanlı sosial yardım almayan, daxmada yaşayan çarəsiz vəziyyətdə qalan vətəndaş dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, ona kömək əli uzadan olmayıb. Beton üzərində yatan, yetkinlik yaşına çatmamış, məktəb şagirdləri olan övladlarını istədikləri kimi yaşada bilməyən atanın fəryadı sanki əsir düşmüş Azərbaycanlını xatırladır. Bir övladını qaldığı evdə baş vermiş yanğın nəticəsində itirən ata, digər övladlarının təhsil alması üçün əlindən gələni edir, amma yaşadığı şərait ona imkan vermir ki, məqsədinə nail olsun. //gundelik-baku.com//