"Green Park" Restoranı hansı məmurundur ki... - BELƏ QANUN DİQTƏ EDİR...

13-07-2023, 11:27           
"Green Park" Restoranı hansı məmurundur ki... -
"Şikayətim Qaraçuxur qəsəbəsi, Neftçilər parkı içində yerləşən "Green Park" Restoranındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.



Daha sonra narazı vətəndaş yazır: "Neftçilər parkı evimizə yaxın ərazidə yerləşdiyi üçün tez-tez, hətta demək olar hər gün buraya gəlirik, gələndə də adı gedən restoranda oturub çay içirdik. Qanuni olmamasına baxmayaraq bir çox yerlər kimi bura da heç vaxt sadə çay vermir. Tələb edirlər ki, yanında şokolad, mürəbbə və s. götürülsün, minimum 8 manat olsun. Bunu çox da problem etmirdik, artıq illərdir gəlib otururduq. Lakin bu gün (12 iyul 2023 saat 22:00) gəldiyimizdə artıq 8 manata da çay verilmədiyini, ancaq 25 manata dəstgah götürülməsini tələb etdilər.


Halbuki menyuda və ya heç bir yerdə belə şərt olduğu haqda bir elanları yoxdur, menyuda "bunları yazmışıq, amma vermirik" kimi heç bir qeyd yazılmayıb. Özbaşınalığın artıq pik nöqtəsinə yetişiblər.

Qeyd edim ki, sözügedən restoran VERGİLƏRDƏN YAYINIR. Kart ödənişi etmək istədikdə post terminallarının olmadığını bildirirlər, yalnız nəğd ödəniş qəbul edirlər. Tələb etmədiyimiz təqdirdə ödəniş çeki vermirlər.

Restoranla bağlı lazımi qrumları da xəbərdar edəcəyik. Ümid edirəm buradan da qrumlardan görüb, ölçü götürənlər olacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.