İSBAM sədriindən ağır İTTİHAMLAR: " Dövlətin milyonları hesabına keçirilən müsabiqənin aqibətinə xələl gətirən şəxsən sədr Azay Quliyev..."
24-08-2023, 07:54
Teref.az yazır ki, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT Agentliyinin daxilində baş verən maliyyə pozuntuları ilə bağlı açıqlamalarını sosial şəbəkələrdə yaymaqda davam edir.Bu dəfə (İSBAM) sədri Samir Adıgözəlli Agentliyin sədri deputat Azay Quliyev bir başa qran tların ünvansız dost tanışlarına paylamaqda ittiham etdi:
Hörmətli media təmsilçiləri və QHT nümayəndələri ,
Qardaş Türkiyədə bir deyim var: " Tabela Partisi" yəni heç bir fəaliyyəti yoxdur və özü yerli - dibli yoxdur. Ancaq divardan asdığı loqosu var.
İndi bizim ölkədə də bir sıra qht - nin bircə şəhadətnaməsi var, vəssalam.
Birincisi yeni - köhnə təşkilatdan söhbət getmir. Belə fikir formalaşdırırlar ki, Samir Adıgözəlli yeni yaranan təşkilatlara qarşıdır. Əsla belə deyil.
İllərdir qeydiyyat şəhadətnaməsi alan birliklər var heç bir fəaliyyəti yoxdur.
Sadəcə qrant elanında gəlib sənəd təqdim edir, sonra " xod" tapır vəya öz təşkilatları olur qrant alırlar.
Yeni yaranan təşkilat olar ki, bir ilin içərisində gözəl layihə ilə özünü təsdiq etmiş olsun.
Amma qeydiyyatdan keçib, bir ayın içində qranta müraciət etmək, bu artıq bürokratik tapşırıqdir.
Beynəlxalq təcrübədə altı aydan tez QHT yə qrant ayrılmır.
Bunları qeyd etməklə bildirmək istəyirəm ki, sizlərin əsl niyyətini cəmiyyət yaxşı anlayır .
Agentliyin qrant ayırdığı bu üç təşkilat heç də yeni yaranmayıb. Və bugünə qədər aldıqları qrantlar hesabına hansı işi gördüklərini özləri də agentlik də ortaya qoysun.
Mən əslində bunları qeyd etməklə kimisə incitmək istəmirəm. Məni yaxından tanıyanlar da bilir ki, könlü - gözü tox adamam.
Alıblar qrant əcəb ediblər, günah onlarda deyil. Müsabiqəyə sənəd təqdim edib, işlərin görüblər.
Burda məsuliyyət sahibi QHT Agentliyidir.
Dövlətin milyonları hesabına keçirilən müsabiqənin aqibətinə xələl gətirən şəxsən sədr Azay Quliyev , icraçı direktor Aygun Aliyeva və bu işə məsul olan digərləridir.
Qohum, dost, tanış, otqat, tapşırıq və sair üsullarla keçirdiyiniz müsabiqədən nə gözləyirsiniz?!
Elə düşünürsüz hamını susdura biləcəksiniz ?
Yəni bir vicdanı təmiz, ədalətli, cəsarətli, bu ölkəni sevən tapılmayacaq ki, bütün biyabırçılıqi yuxarıya çatdırsın...
Olacaq, sizlər həmin günə hazırlaşın.
Samir Adigozelli
Teref.az