Binəqədinin icra başçısı da BELƏ İŞLƏYİR: Kasıba olmaz, məmura hə... - BU DA FAKT!!!
25-08-2023, 20:07
Binəqədi rayonu ərazisində - Binəqədi-Balaxanı yolunda qanunsuz tikinti işləri aparılır.
TEREF.AZ xəbər verir ki, bu barədə Bakipost.az-a sakinlər məlumat veriblər.
Şikayətçilər deyirlər ki, “neftin ərazisində”, neft buruğlarına keçi nişanı olan yerdə, büyük bir sahəni zəbt edərək inşaat işləri aparılır:
“Neftin ərazisi olmasına baxmayaraq, tikinti aparılır. Bundan bir müddət əvvəl kasıb bir ailə var idi. Burada nəsə tikmək istəyirdilər. Amma icazə vermədilər. Dərhal tökülüşdülər buraya. Dedilər, neftin ərazisidir, olmaz. Amma indi vəzifəli şəxsdir deyə, tikintiyə göz yumurlar. Heç kim bir söz deyə bilmir. Neftin ərazisini zəbt edib, 10-15 sotu götürüb, "moyka" tikirlər. Əraziyə Binəqədi İcra Hakimiyyəti baxır. Kim nə istəyir edir, amma kasıblara imkan vermirlər”.
Binəqədi İcra Hakimiyyəti mövzu ilə bağlı açıqlama verməyib.