Tahir Kərimovun daha bir oğlu həbs edildi? İDDİA

11-07-2016, 23:36           
Tahir Kərimovun daha bir oğlu həbs edildi? İDDİA
SOCAR¬ın Rumıniyadakı nümayәndәliyindә aşkara çıxarılan 38 milyonluq yeyinti faktı Hәmzә Kәrimovun karyerasının sonu demәkdir Salyanın keçmiş icra başçısının oğlanları ciddi problemlә üz¬üzә qalıblar Salyan Rayon İcra Hakimiyyәtinin (RİH) keçmiş başçısı Tahir Kәrimov hәlә vәzifәdә olarkәn oğlu Hәmzә Kәrimovla bağlı qalmaqallı mәsәlәlәr medianın gündәminә gәlirdi. Hәmin mәlumatlarda qeyd olunurdu ki, SOCAR¬ın Rumıniyadakı nümayәndәliyinin rәhbәri olan Hәmzә Kәrimovun nurçularla әlaqәlәri var. Hәmçinin Hәmzә Kәrimovun Rumıniyadakı sәfirliyimizlә kәllә¬kәllәyә gәlmәsi barәdә dә mәlumat yayılmışdı. Qeyd edәk ki, 2013¬cü ildә "Yeni Müsavat”da "Eldar Hәsәnovun Rumıniyadan getmәsinin әsas sirri açıldı” başlıqlı yazıda isә bildirilirdi ki, Eldar Hәsәnov Azәrbaycan Dövlәt Neft Şirkәtinin (SOCAR) Rumıniyadakı nümayәndәliyinin rәhbәri Hәmzә Kәrimovla yola getmәdiyi üçün bu ölkәdәn uzaqlaşmaq mәcburiyyәtindә qalıb. Yazıda qeyd edilirdi ki, Hәmzә Kәrimov Rumıniyaya gedәndәn sonra işini sәfirlә koordinasiya etmәyib, öncәdәn aldığı tәlimat üzrә Eldar Hәsәnova saymazyanalıq göstәrib, tamamilә bildiyi kimi fәaliyyәt göstәrib, hәmçinin vaxtaşırı Eldar Hәsәnovun guya Rumıniyada Azәrbaycanı layiqincә tәmsil edә bilmәmәsi haqda donoslar yazıb. Sәfir dә bu mәsәlәyә heç dә müqavimәtsiz dayanmayıb, Hәmzә Kәrimovun korrupsiya әmәliyyatlarını ifşa etmәyә çalışıb, onun yarıtmaz fәaliyyәti haqda hökumәtә mәlumatlar verib. Bildirәk ki, Tahir Kәrimov vәzifәdә olduğu müddәtdә oğlu haqda mәtbuatda yayılan mәlumatların qarşısını bir sıra üsullarla ala bilirdi. Lakin o icra başçısı postundan kәnarlaşdırıldıqdan sonra oğlu haqda bir¬birindәn ilginc informasiyalar yayılmağa başlayıb. Özәl mәnbәlәrdәn daxil olan mәlumatlarda isә qeyd olunur ki, SOCAR¬ın Rumıniyadakı nümayәndәliyinin rәhbәri olan Hәmzә Kәrimovun adı qalmaqallı cinayәt işinә qarışıb: «Belә ki, sabiq icra başçısının oğlu Hәmzә Kәrimov, elәcә dә Tahir Kәrimovun baldızı oğlu Bayram adlı şәxs vә 2 Rumıniya vәtәndaşı SOCAR¬la әlaqәli olan xarici şirkәtlәrlә әlaqәyә girәrәk maxinasiyalara imza atıblar. Deyilәnә görә, bu әmәliyyatın nәticәsindә 38 milyon mәnimsәnilib. Mәnimsәmә faktı ilә bağlı artıq 20 gündür ki, istintaq aparılır. Bununla bağlı olaraq Rumıniyada 3 vәtәndaş hәbs olunub. Hәmzә Kәrimovun isә Azәrbaycana qaçdığı bildirilir. Hәmçinin Tahir Kәrimovun digәr oğlu Tural Kәrimov da bu yeyintidә ittiham olunaraq iyun ayının 28¬dә Rumıniya polisi tәrәfindәn hәbs olunub. Keçmiş icra başçısı 7 gündür ki, Rumıniyada vәkil tutaraq işin ört¬basdır edilmәsinә çalışır. Mәnimsәnilәn pulun Hәmzә Kәrimova düşәn hissәsi¬ 19 milyondan çoxu Tahir Kәrimov tәrәfindәn ödәnilib. Bununla bağlı oradan sorğu verilib. Sabiq mәmurun oğlu SOCAR¬ın adından götürdüyü pulları öz işlәrinә sәrf edib». Mәlumatlı mәnbә vurğulayır ki, SOCARı¬n Rumıniyadakı nümayәndәliyinin rәhbәri mәnimsәdiyi vәsaitlәrlә özünә Almaniyada geniş biznes şәbәkәsi yaradıb. Bundan başqa, onun xaricdәn Azәrbaycana dәrman preparatları idxal etdiyi dә yayılan mәlumatlar arasındadır. Mәnbәmiz vurğulayır ki, Tahir Kәrimov oğlunun qeyri¬qanuni yollarla qazandığı pulların bir hissәsilә ölkә daxilindә biznes imperiyası yaradıb. Nәzәrinizә çatdıraq ki, Hәmzә Kәrimovun ortaqlarından birisә milliyyәtcә ermәni olan Nersesyan Eduard (Edik¬red) adlı şәxs olub. Әldә olunan gәlirlәrin çox hissәsini Hәmzә Kәrimov İrәvanda biznes açmaq üçün Nersesyana verib. Bu isә әn böyük cinayәt hesab olunur. Bundan başqa, Kәrimovların Qusarda, elәcә dә Azәrbaycanın müxtәlif bölgәlәrindә geniş biznes strukturlarının olduğu iddia edilir. Mәlumatlardan belә aydın olur ki, Kәrimovlar ailәsinin Qusarda üst¬üstә 20 hektardan artıq alma¬üzüm bağları var. Tağıyev (Nasosnı) qәsәbәsindә yerlәşәn balıq hisә vermә zavodu da Tahir Kәrimovun ailә müәssisәsidir. Eyni zamanda Xudatdakı balıq zavodunun da sabiq mәmur tәrәfindәn әlә keçirildiyiә dair iddialar var. Rumıniyada baş vermiş qalmaqallı cinayәt hadisәsi ilә bağlı Tahir Kәrimovun münasibәtini öyrәnmәyә çalışsaq da, cәhdlәrimiz nәticә vermәdi. Onu tapa bilmәdik. İddialara әsasәn, sabiq icra hakimi vәhhabilәrlә bir yerdә gәzir vә son günlәr saqqallı gәzir. 38 milyonluq yeyinti faktı ilә bağlı gundelik¬baku.com¬a yeni vә sensasion sayıla bilәcәk mәlumatlar daxil olub. Mәlumatda qeyd olunur ki, bu cinayәt hadisәsi ilә әlaqәdar olaraq Tahir Kәrimovun daha bir oğlu Rumıniya polisi tәrәfindәn saxlanılıb. Mәnbәmiz deyir ki, aşkara çıxarılan yeyinti faktı artıq SOCAR rәhbәrliyinә dә çatıb vә yaxın günlәrdә şirkәtin bu ölkәdәki nümayәndәliyinin rәhbәri Hәmzә Kәrimovun yerinә başqası tәyin edilә bilәr. Mövzu ilә bağlı araşdırmalarımız davam edir. Yeni bilgilәr әldә edәn kimi sizlәrlә dә paylaşacağıq.
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.