Pensiya ödəyən orqanlar özbaşınalıq “divarından tutub gedirlər”... Haraya qədər ? Qazilərin axırına çıxana qədər?..

4-11-2023, 16:04           
Pensiya ödəyən orqanlar özbaşınalıq “divarından tutub gedirlər”...
Pensiya orqanları dövlətin hüquqi, demokratik adını ləkələyirlər
Dövlətin adından çıxarılan məhkəmə qərarını borclu pensiya orqanı 6 ildən sonra ləğv edib (?)
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində Azərbaycan dövlətinin hüquqi,
demokratik respublika olduğu, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız HÜQUQla, xarici
məsələlərdə yalnız dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə MƏHDUDLAŞDIRILDIĞI
doğrulanıb. Ana Qanunun 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və
icrası hamıya məcburidir; məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Pensiya təminatını, təyinatını gerçəkləşdirən orqanlar isə dövlətin hüquqi, demokratik respublika
olmadığənı, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla yox, özbaşınalıqla
məhdudlaşdırıldığını ortaya qoyurlar. Vətəndaşın Konstitusiyanın 68-ci maddəsi ilə təminat verilən
özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququna da qadağa qoyulub. Özbaşınalqdan,
vicdansız davranışdan dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına edilən şikayətlər barəsində
şikayət edilən qurumun , vəzifəli şəxsin özünə göndərildiyindən, qanunun aliliyi, hüququn üstünlüyü
yox, “dedığım dedığdır” özbaşınalığı hökm sürür.
Özbaşınalığa , dələduzluğa, korrupsiya cinayətinə baxın, borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə
Mərkəzi Filialı 6 ildən sonra dövlətin adından Bakı İnzibati Məhkəməsinin (keçmiş 1 saylı BİİM)
çıxardığı 05.07.2017 tarixli , 2-1(81)-1889/2017 tarixli qərarını 6 ildən sonra ləğv edib .(?) Düşünmək
olardı, “siçanın çaşıb pişikdən pasport tələb etməsi” gülməcəsində olduğu kimi, borclu Filial çaşıb,
tələbkardan borc tələbi bir yana, hakim kimi dövlətin adından çıxarılan qərarı ləğv edib.
“Kəlləmayallaq” hüquq özbaşınalığının dövlətin sosial, hüquq siyasətini kəlləmayallaq etməsi göz
qabağındadır. Axı dövlətin adından çıxarılan məhkəmə qərarını , özü də 6 ildən sonra heç Prezident ,
Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə də ləğv edə bilməz, hansısa pensiya qurumu,
özü də məhkəmə qərarı ilə üzərinə öhdəlik qoyulan qurum Konstitusiyanı necə ləğv edə bilər? Belə
hüquqi, demokratik dövlət , əlbbəttə, analoqsuzdur.
Ombudsman Aparatından Fond rəhbərinə göndərilən 07.07.2023 tarixli məktubda araşdırma
aparılması, insan hüquqları üzrə müvəkkilə bilgi verilməsi istənilib. 3 aydan sonra verilən cavabla
30.12.2020 tarixli qanunun məhkəmə qərarını ləğv etdiyi(?) bildirilib və ombudsman bu bildirişi
konstitusiya aktı kimi qəbul edib. (??) Bakı İnzibati Məhkəməsi (hakim Günel xanım Sevdimalıyeva)
isə 19.06.2023-cü il tarixli məktubla borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 6 il qabaq
çıxarılan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası haqqında qısa
müddətdə cavab verilməsini TƏLƏB EDİB.
Məhkəmə tələbindən 5 ay “qısa müddət” keçməsinə baxmayaraq, hələ də bir sonuc yoxdur, hüquq
özbaşınalığı sürür. Məhkəməyə də borclunun məhkəmə qərarını ləğv etməsi “hüquq və azadlıq”
özbaşınalığı kimi sırınıb. (??) Özbaşınalığın, vicdansızlığın, hüquqsuzluğun sonu görünmür. Hələ ki,
“divar qurtarmır”, pensiya ödəyən orqanlar özbaşınalıq “divarından tutub gedirlər”. Haraya qədər ?
Qazilərin axırına çıxana qədər?..
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.