“Qanuni oğrular” Türkiyədə toplandı - Rövşənin qisasını alacaqlar

31-08-2016, 12:32           
“Qanuni oğrular” Türkiyədə toplandı - Rövşənin qisasını alacaqlar
Türkiyədə avtoritet Rövşən Lənkəranskinin qətlinə həsr olunan "qanuni oğrular”ın sxodkası baş tutub.

Bu barədə "Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. "Sxodka” iştirakçıları Lənkəranskinin qisasını almağa söz veriblər.

Eyni zamanda, Rövşənin qətlindən sonra bir çox "qanuni oğru”ların İstanbuldan Antalya köçdükləri bildirilir. Belə ki, kurort zona onlara daha təhlükəsiz gəlir.

Rövşənin klanına daxil olan Merab Djanqveladzenin də İtaliya həbsxanasından çıxdıqdan sonra məhz bura yerləşdiyi bildirilir. Antalyada baş tutan toplantıya da o rəhbərlik edib.

Nəşrin yazdığına görə, Merabdan başqa, "sxodka”da "qanuni oğru”lar Merab Baxiya, Roin Uqlava, İrakli Kaliçava, Koba Axvlediani və Zurab Dqebuadze də iştirak edib.

İştirakçılar Rövşənin qisasını alacaqlarını desələr də, heç kimin ünvanına konkret ittihamlar səsləndirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru