“Rabitəbank”ın bonus “oyunu” – Foto
Dünən, 11:35

“Rabitəbank” müştərilərinin yığılmış bonuslarını xəbərdarlıqsız silir.
Tribunainfo.az xəbər verir ki, bu barədə bank müştərisi Ramil Həsənli yazıb. O bildirib ki, 3 ilə yaxındır yığdığı bonusları “Rabitəbank” özbaşına silib:
“Şikayətim “Rabitabank”dandır, 3 ilə yaxındır Kartmane istifadə edirdim və yığılmış 89 AZN bonusum var idi. Bu gün fikir verirəm ki, 13 AZN bonus qalıb. Supporta yazdım, deyirlər mesaj xəbərdarlıq göndərilib, silirik bütün bonusları. Bəlkə məndə push mesaj bağlıdır, mən sizcə o mesajı görüb pulu bonus kimi saxlıyıb silinməyini gözləmişəm?! Adekvat bank olsaydız mənim kartıma köçürərdiz məbləği, silməzdiz.
Bu vətəndaşın cibinə girmək üçün bir variantdır!
Heç kəsə məsləhət görmürəm, “Rabitəbank”ın kartından istifadə etməyi”.
Qeyd edək ki, “Rabitəbank” 1993-cü ildən fəaliyyət göstərir. Bankın Müşahidə Şürasının sədri Zakir Nuriyevdir, İdarə Heyətinin sədri Aydın Hüseynovdur.
Tərəfləri dinləməyə hazırıq.


