Naxçıvanda korrupsiyanı ifşa etdiyini iddia edən müəllim cəzalandırıldı - VİDEO
Dünən, 09:51
Çalışdığı məktəbdəki korrupsiya və rüşvətə etiraz etdiyinə görə, müəllim Səriyyə Qənbərova yenidən cəzalandırılıb. Bu dəfə, aprelin 12-də məhkəmə onu böhtan atmaq ittihamı ilə 1000 manat cərimələyib. Bundan əvvəl isə korrupsiyada ittiham olunan direktor onu məktəbdə döydürmüş, nazurlik də işdən qovmuşdu. S. Qənbərova isə, ona olan fiziki və mənəvi təzyiqlərin arxasında nazir Elxan Nəcəfovun dayandığını iddia edir.