“Porşe” ilə ananı öldürən uşağın atasının imperiyası – FOTO

8-05-2017, 00:17           

“Porşe” markalı 99 BS 999 dövlət nömrə nişanlı avtomobili ilə 24 yaşlı iki uşaq anası Xəyalə Məmmədovanı vurub öldürən 16 yaşlı Ağəli Fərəclinin atasının biznes imperiyası haqda məlumat yayılıb.

teref.az big.az-a istinadən bildirir ki, A.Fərəclinin atası Füzuli Fərəcov “Mohito” və “Paradise” klublarının, Novxanıdakı “Kalyon” restoranının sahibidir, Bakıda “Bentli Füzuli” kimi tanınır. Buna səbəb iş adamının şəhərdə ilk “Bentli” maşınına sahib olması ilə izah edilir.

Bakıxanov qəsəbəsində yerləşən, iş adamına məxsus “Texas” restoranına görə isə ona el arasında “Texas Fizuli” də deyirlər.

Son zamanlar isə Bakıxanov qəsəbəsində inşa etdiyi 3 mərtəbəli “Mohito” və Binəqədi rayonu Dağıstanlı küçəsində tikdirdiyi 3 mərtəbəli “Paradise” gecə klubu ilə məşhurdur.

İnteryeri Svarovski daşlarla bəzədilmiş “Paradise” klubunun tikintisi iş adamına bir neçə milyona başa gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru