Habil Vəliyev Vaqif Şıxəliyevin üzünə durub?-VİDEO

9-05-2017, 08:51           
Habil Vəliyev Vaqif Şıxəliyevin üzünə durub?-VİDEO
Pravdainfo.org ötən buraxılışında xəbər vermişdi ki, ötən ilin dekabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən vətəndaşları şantaj etməklə məşğul olan bir qrup «jurnalistlər»i, o cümlədən «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyevi həbs edib.
Ötən günlərdə «Pravdainfo.org»a bu məzmunda daxil olan bir maraqlı məlumaı araşdırarkən isə olduqca maraqlı məsələlər üzə çıxdı. Belə ki, barəsində istintaq orqanı tərəfindən həbs qətimkan tədbiri seçilmiş Habil Vəliyevin həbs müddəti daha 4 ay uzadılıb və onunla bağlı çoxsaylı epizodlar istintaq olunmaqdadır. Adının çəkilməsini istəməyən mənbə isə bildirmişdi ki, H.Vəliyev artıq törətdiyi əməlləri etiraflamaqdadır.
Ən maraqlı məsələ isə kimlərinsə maliyyə dəstəyi ilə Sankt-Peterburqda "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin həbsdən azad olunmasına xidmət edən və Rusiyanın 6 ictimai hərəkatının, həmçinin "Qolos Narodov" İctimai Hərakatın, Regional İctimai Hərakatın, Rusiyanın Çeçen Diasporu Nümayəndəliyinin və s. təşkilatların rəhbərlərinin iştirakı ilə genişləndirilmiş müdafiə mitinqinin keçirilməsi oldu. Saytımızda həmin videolar yayımlanmışdır.
Habil Vəliyevi Azərbaycanın söz və mətbuat azadlığının xilaskarı kimi təqdim edən aparıcı xanım və digərləri Azərbaycan hakimiyyətini sərt tənqid edir, siyasi tələblərlə çıxış edirlər. Və biz Habil Vəliyevlə bağlı məlum videonu araşdırarkən onun «Təzadlar» qəzeti ilə bağlı çoxsaylı məqalələr yazdığı üzə çıxmışdı. Odur ki, məsələyə dair qəzetin baş redaktoru Asif Mərzili ilə əlaqə saxlayaraq onun mövqeyini öyrənmişdik. Baş redaktorun sözlərindən belə məlum olurdu ki, Habil Vəliyev təhdid və təhqir dolu bu məqalələri «Bakı Mərkəzi Bazar»MMC-nin sahibi Vaqif Şıxəliyev və Daşkəsən RİH başçısı Əhəd Abiyevin diqtəsi ilə yazırmış. Bu isə o deməkdir ki, H.Vəliyev həmin şəxslərlə sıx əlaqədə olub. Sıx yaxınlıq olubsa, deməli, onlar Habil Vəliyevin törətdiyi əməllərindən xəbərdar olmaya bilməzdilər…


Vaqif Şıxəliyev və Əhəd Abiyev istintaqa cəlb olunubmu?

Beləliklə, uzun müddət «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyevin əməllərinə şahidlik etmiş, yaxud bu əməllərin iştirakçısı olmuş şəxslərin istintaqa cəlb edilməsi təbiidir. Bəs elə isə, istintaq həmin şəxslərin barəsində hansısa tədbir görübmü?
Bu və ya digər suallarla yenidən «Təzadlar»ın baş redaktoru Asif Mərziliyə müraciət etməli olduq. «Bizdə olan məlumatlara görə, «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi Vaqif Şıxəliyev və Daşkəsən RİH-nin icra başçısı Əhəd Abıyev DTX-da saxlanılan Habil Vəliyevlə üzləşdirilib. İstintaq hansısa nəticəyə gəlməsi mümkündürmü?», -sualına baş redaktor belə cavab verdi:
-Sosial şəbəkələrdə kifayət qədər maddi sübutlar və şahidlər var ki, Habil Vəliyev Daşkəsən RİH-nin icra başçısı Əhəd Abıyev və «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi Vaqif Şıxəliyevlə yaxın münasibətdə olub. “Gündəlik Bakı” qəzetinin arxiv nümunələrinə baxın, daim Daşkəsən RİH-in tədbirləri işıqlandırılıb, Əhəd Abiyev təriflənib, müdafiə edilib… Niyə Xətai RİH-nin başçısı Razim Məmmədov da təriflənmirdi? Əksinə, R.Məmmədovun əleyhinə bir neçə ay ərzində orta hesabla, 100-ə yaxın şantaj və təhqir dolu yazılar verilib… Amma hamı bilir ki, «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi Vaqif Şıxəliyev və Daşkəsən RİH-nin icra başçısı Əhəd Abıyev onunla sıx yaxın dostluq münasibətində olublar. Bu dostluq nəzəri formada olmayıb. Məsələn, necə düşünürsünüz, «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi Vaqif Şıxəliyev bazarda şəriki və qudası olan şəxsin ofisinə basqın etdirir, Habil Vəliyev oradadır… V.Şıxəliyev yenə də vətəndaş R.Ağayevin Novxanıdakı bağ evinə hücum təşkil etdirir, hücum edən Habil Vəliyev olur… Sonuncu hadisə ilə bağlı polis orqanları araşdırma aparır, müstəntiqin qərarında, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin qərarında aydın şəkildə yazılır ki, əvvəllər Novxanı kənd sakini Quliyev Səbaət Sərdar oğluna məxsus olmuş torpaq sahəsi 8 may 2014-cü ildə Vaqif Şıxəliyevə satılmışdır, Vaqif Şıxəliyev isə onu az sonra Daşkəsən RİH başçısı Əhəd Abiyevə, Əhəd Abıyev isə həmin 0,33 ha torpaq sahəsini Vaqif Şıxəliyevdən alandan 20 gün sonra, yəni 10 mart 2015-ci ildə Habil Allahverdi oğlu Vəliyevə alqı-satqı ilə bağışlamışdır.
Hətta Abşeron RPŞ-nin müstəntiqi, polis kapitanı A.Gülməmmədov 23 aprel 2015-ci il tarixli qərarında yazır:“...İzahatı alınmış Vəliyev Habil Allahverdi oğlu bildirmişdir ki, 10.03.2015-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində 0,33 ha torpaq sahəsini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Abıyev Əhəd Mikayıl oğlundan almışdır...”.
Bundan başqa, H.Vəliyev müntəzəm olaraq V.Şıxəliyevə məxsus «Görüş» restoranında olmuş, müəyyən şantaj işlərini burada həyata keçirmişdir… Bu barədə də sosial şəbəkələrdə kifayət qədər məlumatlar var. Bunları nəzərə alaraq V.Şıxəliyevin də istintaqa cəlb olunması təbiidir. Məlumat var ki, Vaqif Şıxəliyev DTK-nın təcridxanasında saxlanılan Habil Vəliyevlə üzləşdirilib… Hansısa saytda oxudum ki, Habil Vəliyev Vaqif Şıxəliyevin üzünə dirənib, olanları açıqca deyib… Ora qədər ki, V.Şıxəliyevlə hara getdiklərini, kimlərin əleyhinə məqalə yazmaq tapşırığını ondan aldığını, digər tapşırıqları aldığını… üzünə deyib. Bəs istintaq V.Şıxəliyevlə bağlı hansı addımı atıb??? Mənim də eşitdiymə görə, bu üzədirmədən sonra V.Şıxəliyevin polkovnik qardaşı hüquq mühafizə orqanlarının rəhbərlərindən biri olan yüksək vəzifəli şəxsin qardaşı ilə görüşüb, onun xilası üçün cəhdlər edib… Mən də bu işdə maraqlıyam ki, H.Vəliyevi təhrik edərək barəmizdə onlarla şantaj və təhqir dolu məqalələr yazdırmış və s. Vaqif Şıxəliyev DTK-da aparılan istintaq işinə ciddi şəkildə cəlb olunsun. Mən bu barədə ölkə Prezidenti cənab İlham Əliyevə, daxili işlər naziri cənab Ramil Usubova, Baş Prokuror cənab Zakir Qaralova müraciət edəcəyəm… Ola bilsin kimsə V.Şıxəliyevə söz verib ki, onu xilas edəcəklər və Habil Vəliyev hər şeyi istintaqda yalan danışıb və s. Amma mən sübutlar təqdim edəcəyəm ki, belə deyil. Birincisi, yuxarıda dedim, bir-birinə bahalı torpaq sahəsi bağışlayanlar necə bir-biri ilə yaxın olmayıb? İkincisi, başqa bir mötəbər fakt: Habil Vəliyev 14 oktyabr 2015-ci ildə «Asif Mərzili, papağını qoy qabağına, yaxşı-yaxşı fikirləş» başlıqlı yazının sifarişçisinin kim olduğunu özü aydın formada yazırdı: «Asif Mərzili, "Vaqif Şıxəliyevin torpaq alverinin "sirri" açıldı" başlıqlı yazı ilə siz öz simanızı bir daha həm mətbuat cameəsinə, həm də ictimaiyyətə bəlli etdiniz… Mərzili, unutma ki, adamın başına nə bəla gəlsə, dilindən gələr… Odur ki, Mərzili, sən gəl bacarmadığın işin altına girmə, sənə zor edər və Habil Vəliyevlə kəllə-kəlləyə gəlməyə çalışma. Çünki bu oyunda sonda məğlub duruma düşən, dizlərini yerə qoyan tərəf məhz sən olacaqsan!». Və ardınca o, 07.01.2016-cı il tarixli başqa bir məqaləsində yazır: «…»Təzadlar» Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevi, «Gündəlik Bakı» qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsinin sədri Habil Vəliyevi, eyni zamanda «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi Vaqif Şıxəliyevi əsassız ittihamlarla suçlamaqla yanaşı, özünə aid olmayan məsələyə müdaxilə edib. Halbuki biz bununla bağlı qarşı tərəfə bir neçə dəfə xəbərdarlıq etmiş və «Təzadlar»ın yaxından-uzaqdan ona dəxli olmayan məsələyə qarışmamasını məsləhət görmüşdük…». İndi sual olunur: Vaqif Şıxəliyev niyə də Habil Vəliyevin istintaqında tərəf olmasın? Axı, bütün şantaj və təhdid dolu məqalələrin məhz onun diqtəsi ilə yazıldığı elə Habil Vəliyev tərəfindən sübut olunur… Odur ki, Vaqif Şıxəliyev də istintaqa cəlb olunmalıdır və qanun qarşısında cavab verməlidir… Habil Vəliyevi bu oyunlara salan şəxs necə məsuliyyətdən kənarda qala bilər??? İstintaq sirri sayılacaq bəzi məqamlar da var ki, bu barədə tezliklə danışmaq lazım gələr yəqin… Bir az səbrli olun…
[media=https://www.youtube.com/watch?v=9hBkViJKgEQ]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.