Məleykə Abbaszadə Mikayıl Cabbarov qarşıdurması alovlandı - Təfsilat

11-05-2017, 08:37           
Məleykə Abbaszadə Mikayıl Cabbarov qarşıdurması alovlandı - Təfsilat
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə təhsil naziri Mikayıl Cabbarovun mövsümi qarşıdurması alovlanıb

DİM rəhbəri nazirə yönəlik ittihamları davam etdirir.

Bu ilki ali məktəblərə qəbul imtahanlarındakı yeniliklərdən biri imtahanların tədris ili bitməmiş, yəni 11-ci sinif proqramı tam mənimsənilməmiş keçirilməsi olub.

Sözügedən məqam təhsil ekspertlərinin diqqətini çəksə də, onlar keçirilməmiş dərs proqramlarının test suallarına daxil edilməyəciyini düşünürdülər.

Lakin Dövlət İmtahan Mərkəzi analoqu olmayan "yeniliyə” imza atmaqla abituriyentlərin əslində universitetlərə yalnız repetitor hesabına qəbul olunduğunu təsdiqləmiş oldu.

Bu onu göstərir ki, qəbul imtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktəbdə əldə etdikləri biliklərlə yox, məktəbdən kənar, repetitor yanında mənimsədikləri biliklərlə iştirak edirlər. Bu da onu göstərir ki, Azərbaycanda qəbul imtahanları çox çətin bir prosesdir, şagirdlər üçün əlçatan deyil.

Eyni zamanda Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarını orta məktəb proqramına, dövlətin təsdiq etdiyi tədris cədvəlinə uyğun olaraq yox, repetitor proqramına uyğun olaraq həyata keçirir.

Ümumiyyətlə, qəbul imtahanlarında abituriyentlərin əldə etdikləri nəticələr nə Dövlət İmtahan Mərkəzinin, nə də orta məktəblərin uğurudur: "Bu repetitor müəllimlərinin əziyyətinin nəticəsidir. Bu da valideyn və şagirdlərə öz vəsaitləri hesabına başa gəlib”.

Ulus.Az xəbər verir ki, əvvəllər sabiq təhsil naziri Misir Mərdanovla aralarında ciddi hüsumətin yaşanması tərəfləri mütəmadi olaraq üz-üzə qoyurdu.

Hətta həmin vaxt ölkə mətbuatında bu məsələ mövqe uğrunda ciddit savaş kimi xarakterizə edilirdi. Düzdür, həmin vaxt Məleykə Abbaszadə təhsil naziri olmaq istəyirdi, bu səbəbdən də ilk «atəş» açan tərəf kimi də çıxış etməkdən çəkinmirdi. Lakin indi durum tamam fərqlidir. Mikayıl Cabbarov bir müddət əvvəldən etibarən test üsulunun ləğvi üçün ciddi cəhdlə çalışır.

Mikayıl Cabbarovun son dövrlər keçdiyi hücumlarda uğur əldə edə bilməməsi də məhz Abbaszadənin daha tədbirli olmasına bağlıdır.

Faktiki olaraq istəklərinə nail olmayan və bundan sonra da nail olacağı inandırıcı görünməyən təhsil nazirinin Məleykə Abbaszadəni sıxışdırmasının yekun nəticələri kifayət qədər ağır ola bilər.

Mikayıl Cabbarov nazir postuna gələndən sonra müəllimlərin maaşları deyilən səviyyəyə qaldırılardısa, indi hansısa keyfiyyətdən danışmaq olardı.

Lakin gözləntilər tamamilə əks istiqamətdə inkişaf etdi. Belə ki, qiymətlər bahalaşdı, benzin 70 qəpik oldu. Bütün bunların müqabilində müəllimlərin maaşları seçki qabağı yalnız 10% artırıldı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.