Nazirin biznesi hədəfdə: Camalova qarşı kampaniyanın müdhiş gerçəkləri
13-05-2017, 08:34

Müdafiə sənayesi naziri Yavər Camalovla bağlı kampaniya başlanıb
Hakimiyyət daxilində nazirlə əks qütbdə olan qüvvələr onun leyhinə kampaniya aparır.
Yavər Camalovun ölkəmizin silah ixracatçısına çevrildiyini bəyan etməsindən 2 saat sonra Bakıdakı obyektində yanğın olması və mediaya sızması təsadüfi deyil.
Müdafiə Sənayesi Nazirliyi “Yalquzaq” snayper tüfənginin ixracına başlayıb xəbərinin ardından mayın 10-da nazir Yavər Camalovun mediada geniş müsahibəsi yayılıb.
Nazirin odlu-alovlu bəyanatından 2 saat sonra nazir Yavər Camalovun biznes şəbəkəsinə daxil olan “Niaqara” restoranında yanğın olub.
Bakıda nadir hallarda restoran və ya şadlıq evlərində yanğın baş verir. Bu olayın nazirin çıxışından az sonra baş verməsi və MSN rəhbərinə qarşı qara piarın aparılması barədə iddialar səslənir.
Ehtimallara görə, bəzi nazirlər və məmurlar Camalovla yola getmir. Onun vəzifədən çıxarılması və nazirliyin başqa strukturuna birləşdirilməsi də nəzərdə tutulur.
Ulus.Az-ın verdiyi məlumata görə, Azərbaycanın silah istehsalı sahəsində İsrail silah düzəldən şirkətləri ilə əməkdaşlıq etməsi sirr deyil.
Bu kimi məsələlər Y.Camalovun müdafiə sənayesi rəhbəri olaraq xarici dairələr tərəfindən də hədəfə gəlməsinə səbəb ola bilər.
2015-in 7 iyulunda MSN-ə məxsus olan “Telemexanika” zavodunda partlayış və yanğın baş verdi, ölən və yaralananlar oldu. Üstündən 11 ay keçəndən sonra 2016-cı ilin iyun ayında Şirvanda yerləşən “Araz” zavodunda da partlayış oldu. İndi isə Bakı şəhərində nazirin restoranında yanğın baş verib.
Bir müddət əvvəl "Reytinq” qəzeti yazmışdı ki, Yavər Camalovun MTN-nin hazırda həbsdə olan rəhbər şəxsləri ilə əqalərinin olması səbəbindən istintaqa cəlb edilə bilər. Amma nazirin karyerasını bitirəcək problemlər təkcə bununla bağlı deyil.
«Reytinq»in arşdırması zamanı bəlli olub ki, Yavər Camalov sahib olduğu milyonluq mülklərlə bağlı da narahat olmağa başlayıb.
Qəzet iddia edir ki, nazir sahibı olduğu və dəyəri milyonlarla ölçülən mülklərlə bağlı araşdırma riski hiss etdiyindən təşviş içərisindədir.
Yavər Camalov nazir olandan "Olimpik Star”, "Kral”, "Niaqara”, "Qızıl tac”, "Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinə sahiblənib.
Təbii ki, sözügedən mülklərin heç biri Yavər Camalovun adına rəsmiləşdirilməyib. Amma araşdırma aparılsa, adıçəkilən mülklərin qohum-əqrəbasının adına olduğu ortaya çıxar.
Bu mülklərin ona və yaxınlarına məxsus olmadığının rəsmən təkzib edilməməsi də, deyilənlərin həqiqət gücünü artırır. Amma artıq nazir bu qədar varidatı gizlətmək zorunda qalıb.
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandıra bilərik!