…“Cənab Prezident yalvarıram sizə”… - Bərdənin icra başçısı sahibkarı lütdəyib ağlar qoydu VİDEO
17-05-2017, 08:37

Vidadi İsayev prezidentə qarşı çıxaraq sahibkarı quru yerdə qoydu
Bakunews.az-a Bərdə rayonunda yaşayan Bağırov Elman Məmməd oğlu tərəfindən şikayət daxil olub. Şikayətçinin məlumatına görə, icra başçısı Vidadi İsayev, onun rəhbəri olduğu “Bəhruz İstehsalat Kommersiya” birliyini və 14 ha torpaq ərazisini əlindən alıb. Şikayətçinin dediyinə görə, Vidadi isayevə bu işdə, onun həyat yoldaşı, Yevlax rayon Arxiv müdiri kömək edib. E. Bağırovun iddiasına görə, icra başçısının həyat yoldaşı sahibkarın sahib olduğu birliyi və torpaq ərazisini saxta sənədlər düzəldərək onun əlindən alıb. Şikayətci bu barədə icra başçısına və onun qolçomaxlarına minnətçi düşsədə, nə onun birliyi, nədə ki, 14 ha torpaq ərazisi ona qaytarılır. İcra başçısının haqsızlığına düçar olan sahibkar başına gələnləri prezidentə yazır. Ölkə başçısı dərhal sahibkarın səsinə səs versədə, icra başçısı prezidentin məktubuna sayqısızlıq edərək problemin həllində maraqlı olmur. Və sahibkarı çağırtdıraraq təhdid edir. Başına gətrilən müsübəti, öz sözləri ilə video çəkliş etdirən sahibkar, həmin anları ictimayətə və ölkə başçısına təqdim etmək üçün redaksiyaya göndərib.
BaKuNeWs.tv həmin videonu olduğu kimi təqdim edir:
[media=https://www.youtube.com/watch?v=PiyY9oSoeVs]
Onuda bildirək ki, Vidadi İsayevin haqsızlıqları ilə üzləşən təkcə rayonda çalışan sahibkarlar deyil. Gələn xəbərlərdə, şəhid ailələri, əlilər və Milli Qəhraman övladlarıda, icra başçısının təhdid və yarıtmaz idarəçiliyindən çəkilən əziyyətlərin səsinin sorağında…
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq