Bakının tanınmış restoranında İYRƏNCİLİK: Yeməyin içindən tarakan çıxdı – FOTO

19-07-2017, 00:13           
Bakının tanınmış restoranında İYRƏNCİLİK: Yeməyin içindən tarakan çıxdı – FOTO
Bakının tanınmış restoranında xoşagəlməz hal baş verib.

Oxuculardan biri oxu.az-a bildirib ki, 18 iyul tarixində Bakının mərkəzində yerləşən “Konti” restoranına həyat yoldaşı ilə nahar etməyə gedib.

O bildirib ki, restoranda əyləşərkən masanın yanında tarakan görüb. Bununla bağlı ofisiantı çağırıb, ofisiant bildirib ki, bu, tarakan deyil: “Ofisiantdan administratorun gəlməsini tələb etdim. Özünü təqdim etməyən bir şəxs gəldi. O şəxs dedi ki, həşəratlar bu obyektdəki mebeldə yuva qurublar. Sonra o salfetlə həmin həşəratı başqa yerə atdı. Daha sonra bizə yemək gətirdilər, boşqabda da bir tarakan gördüm, öz iradımı bildirdim. Ofisiant yenə o şəxsi çağırdı, həmin şəxs də tarkanı yenə salfetlə başqa yerə atdı”.

Müştəri administratora öz iradını bildirmək istəsə də, buna nail ola bilməyib. O bildirir ki, restoranda ona yeməyi pulsuz veriblər və növbəti dəfə pulsuz bir nahar etməyi təklif ediblər: “Mən bununla razılaşmadım, naharın tam pulunu ödəyərək həmin yerdən uzaqlaşdım. Mən çox təəccübləndim ki, Bakının mərkəzində belə bir natəmizlik ola bilər”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru