Şahzadə Uilyamdan qardaşına şərt: "Meqandan boşan, barışaq"

28-05-2025, 16:48           
Şahzadə Uilyamdan qardaşına şərt:
Böyük Britaniya kral ailəsində illərdir davam edən gərginlik yeni mərhələyə qədəm qoyub. Şahzadə Uilyamın kiçik qardaşı Harri ilə münasibətləri düzəltməyə hazır olduğu bildirilir, lakin tək bir şərtlə: o, Meqandan ayrılmalıdır.

Bu barədə məlumatı "RadarOnline" nəşri yayıb. Nəşrin yazdığına görə, taxt-tacın varisi şahzadə Uilyam hesab edir ki, kral ailəsində yaranmış narazılıqların başlıca səbəbi Harrinin həyat yoldaşı Meqan Markldır.

Ailəyə yaxın mənbənin sözlərinə görə, Uilyam əmindir ki, Harri ABŞ-də xoşbəxt deyil və bu vəziyyətin formalaşmasında Meqanın təsiri böyükdür:

"Uilyam Harri və Meqanla bağlı yayılan bütün söz-söhbətlərdən xəbərdardır. Qardaşının illər ərzində necə dəyişdiyini də yaxşı görür. Onun fikrincə, bu dəyişikliyin arxasında məhz Meqan Markl dayanır və o, onu bağışlamağı düşünmür".

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl 2020-ci ildə kral ailəsindən ayrılaraq ABŞ-yə köçüblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.