Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı

28-05-2025, 15:44           
Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı
Bu ayın əvvəlinə olan məlumata görə, ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərinin sayı 3 311 olub.
Bank sektorunda çalışanların sayı aprel ayı ərzində 0,7% və ya 184 nəfər artaraq 25 939 nəfərə çatıb.
Məlumatlarda həmçinin bildirilir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 54 milyard 607,1 milyon manat, cəmi öhdəlikləri isə 47 milyard 625,5 milyon manat olub.
Aprel ayında bankların kredit portfeli 0,8% və ya 219,4 milyon manat artaraq 28 milyard 96,5 milyon manata çatıb. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (14 952,7 milyon manat), istehlak kreditləri 31,1% (8 747,6 mlilyon manat), ipoteka kreditləri isə 15,7% (4 396,2 milyon manat) təşkil edib. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,1 faiz bəndi azalaraq 1,7% olub.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir. Cəmi öhdəliklərin 77,2%-i və ya 36 milyard 747,5 milyon manatı depozit portfelinə daxildir. Depozit portfelinin 60,4%-i (22 199.6 milyon manat) hüquqi şəxslərin, 39,6%-i (14 547,9 milyon manat) fiziki şəxslərin depozitlərindən ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66,3%-i (9 645,1 milyon manat) milli valyutada, 33,7%-i (4 902,8 milyon manat) xarici valyutadadır.
Bu ilin yanvar - aprel aylarında banklar 339,8 milyon manat xalis mənfəət əldə ediblər. Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 90,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib. \\Yeniavaz.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.