Bakıda çökən evlərin sahiblərinə kompensasiya ÖDƏNİLDİ

28-05-2025, 16:18           
Bakıda çökən evlərin sahiblərinə kompensasiya ÖDƏNİLDİ
Ötən ilin payızında paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində sakinlərin 18 il yaşadıqları evlər çöküb.

Oxu.Az xəbər verir ki, o zaman məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilmişdi ki, Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki, diametri 1 200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadratmetr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evləri tikilib.

Artıq sakinlərə kompensasiya ödənilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, kompensasiya köçürülən günədək sakinlərin aylıq kirayə haqqı da qurum tərəfindən hər ay vaxtlı-vaxtında ödənilib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru