Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

28-05-2025, 12:44           
Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi
Amerikalı iş adamı və xeyriyyəçi Bill Qeyts 2025-ci ilin yayı üçün oxumağa dəyər hesab etdiyi beş kitabdan ibarət şəxsi siyahısını təqdim edib.

Seçilmiş əsərlər liderlik, çətinliklərin öhdəsindən gəlmək və fərdi inkişaf kimi mövzulara toxunan memuar xarakterli kitablardır.

Bill Qeytsin tövsiyə etdiyi kitablar bunlardır:

1. "Şəxsi hekayə" (Personal History) - Ketrin Qrem

“The Washington Post” qəzetinin nəşriyyatçısı olan Ketrin Qremin memuarı, həyat yoldaşının faciəli ölümündən sonra nəşriyyata rəhbərlik etməsini və peşəkar çətinliklərlə mübarizəsini təsvir edir. Bill Qeyts kitabı liderlik və əzm nümunəsi kimi dəyərləndirir.

2. "Ümidin arxasınca" (Chasing Hope) – Nikolas Kristof

Pulitzer mükafatı laureatı olan jurnalist Nikolas Kristofun əsəri, yoxsulluq və sosial ədalətsizliklə mübarizəyə həsr olunub. Qeyts qeyd edir ki, Kristofun yazıları “Bill və Melinda Qeyts Fondu”nun yaradılmasına ilham verən əsas mənbələrdən biri olub.

3. "Tələbə" (Educated) – Tara Vestover

Mühafizəkar ailədə böyüməsinə baxmayaraq, Tara Vestoverin təhsilə olan inadı və bu yolda çəkdiyi əziyyətlər onun həyatını köklü şəkildə dəyişdirib. Qeyts bu kitabı təhsilin insan həyatında necə transformasiyaedici rol oynaya biləcəyinə dair ilhamverici bir hekayə kimi təqdim edir.

4. "Cinayətkar doğulmaq" (Born a Crime) – Trevor Noa

Cənubi Afrikada aparteid dövründə qaradərili anadan və ağdərili atadan doğulan məşhur komediyaçı Trevor Noanın uşaqlıq xatirələri, dövrün çətinlikləri və şəxsiyyət formalaşması prosesi ilə bağlı səmimi düşüncələrdən ibarətdir.

5. "Təslim olmaq" (Surrender) – Bono

U2 qrupunun solisti Bono, bu memuarında həm musiqi karyerasını, həm də ictimai fəallığını əhatə edən şəxsi yolçuluğunu oxucularla bölüşür. Qeyts bu kitabı həm musiqi sevərlər, həm də fəal vətəndaşlıq mövzusuna marağı olanlar üçün tövsiyə edir. \\Valyuta.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru