Luis Suareslə Messi futbol klubu yaratdılar

28-05-2025, 12:51           
Luis Suareslə Messi futbol klubu yaratdılar
"İnter Mayami"nin hücumçusu Luis Suares komanda yoldaşı Lionel Messi ilə Uruqvayda futbol klubu yaratdıqlarını açıqlayıb.
Suares bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Komandanın adı "Deportivo LSM"dir və Uruqvay çempionatının dördüncü divizionunda çıxış edəcək.

LSM abreviaturu iki oyunçunun adlarının birləşməsidir.

"Deportivo" 1 400 yerlik süni örtüklü stadion və 620 yerlik mini-futbol meydançasının daxil olduğu "Luis Suares" kompleksində məşq edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru