"Optimus" robotlarının əsas çatışmazlığı açıqlandı

28-05-2025, 12:58           
"Optimus" robotlarının əsas çatışmazlığı açıqlandı
"Tesla"nın ilk humanoid robotlarının əsas çatışmazlığı sürət çatışmazlığıdır.
Bu barədə "Optimus" layihəsinin yaradıcısı, mühəndis Kris Uolti "Business Insider" nəşrinə verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, "Optimus" robotları İlon Maskın arzuladığı kimi istehsalat sahəsində effektiv ola bilməzlər:

"Sənayedə görülən işlərin əksəriyyəti təkrar olunan proseslərdən ibarətdir və burada sürət həlledici rol oynayır", - deyə Uolti bildirib.

Müsahibənin yayımlanmasından dərhal sonra Tesla rəhbəri İlon Mask məsələyə dolayı şəkildə reaksiya verib. O bildirib ki, 2025-ci ilin sonuna qədər "Tesla" zavodlarında minlərlə robot fəaliyyət göstərəcək.

Xatırladaq ki, Mask daha öncə "Optimus" robotlarının insanların əsas köməkçilərinə çevriləcəyini və onların rutin, ağır və təhlükəli işləri öz üzərinə götürəcəyini vəd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru