Filipp Kirkorov bir neçə həftə xəstəxanada qalacaq

28-05-2025, 17:18           
Filipp Kirkorov bir neçə həftə xəstəxanada qalacaq
Rusiyanın Xalq artisti Filipp Kirkorov hələ 2-3 həftə ərzində xəstəxanada müalicə olunacaq.

Bu barədə "Mash" "Telegram" kanalı xəbər verir.

Məlumata əsasən, müğənninin vəziyyəti yaxşılaşmaqda davam edir.

Kirkorov mayın 23-də təcili cərrahiyyə şöbəsinə yerləşdirilib. Konsertlərin birində arxadan atılan fişənglər onun geyiminə düşüb və paltarının qolu alışıb.

Kirkorovda insidentdən sonra yanıq nəticəsində burit (oynaq iltihabı) diaqnozu qoyulub. Həkimlər bildirirlər ki, şəkərli diabet fonunda sepsis inkişaf edə bilər, ən pis halda isə bu, əzaların amputasiyasına səbəb ola bilər.

Qeyd edək ki, Filipp Kirkorov uzun illərdir şəkərli diabetlə mübarizə aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru