Hərbi ekspert: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
28-05-2025, 16:10

“Konstitusiya Məhkəməsi sənədin konstitusiyaya zidd olduğunu bəyan etsə, sonra da nəticələri mənfi olan referendum keçirilsə, bu, Azərbaycana müharibəyə başlamaq imkanı verməzdimi?”
Tribunainfo.az bildirir ki, bu sözlərin müəllifi hərbi ekspert Hayk Nahapetyandır.
O qeyd edib ki, Paşinyanın addımlarının məntiqi Azərbaycana nəinki müharibəyə başlamaq imkanı verir, həm də onun üçün hüquqi əsas yaradır.
Nahapetyan bəzi nağıllar da anışıb. O, fantaziyasını o qədər dərindən işə salıb ki, SSRİ-2-nin belə qurulduğunu “gördüyünü” dilə gətirib. “Ukrayna münaqişəsi həll olunandan sonra Rusiya Azərbaycana qarşı sərt mövqe nümayiş etdirəcək. Rusiya hesab edir ki, Çar Rusiyası və SSRİ-nin tərkibində olan ərazilər özününküdür. Naxçıvan və Dağlıq Qarabağ isə heç vaxt Azərbaycanın tərkibində olmayıb. Erməni tərəfi Qarabağ və Naxçıvan məsələsini qaldıranda Rusiya bizim bir nömrəli müttəfiqimiz olacaq”.
Erməni hərbi ekspert daha bir sərsəmləmə də edib. “Bakı xanlığı 2000 kvadrat kilometr, Qarabağ isə 20 min kvadrat kilometr idi. Ona görə də, Qarabağ ayrı bir dövlət ola bilər”.