Zakir Fərəcov səkini tikinti firmasına satıb – Fotolar

7-05-2018, 14:07           

İstirahət günüdür, amma Sumqayıtın 6-cı mikrorayonunda icra hakimiyyəti və tikinti şirkəti Əmək Məcəlləsinə məhəl qoymurlar.

AzEuroNews.com xəbər verir ki, hətta yolun səkisi belə satılıb. Bu fakt feysbukda yayılan fotoda öz əksini tapıb.


Bildirilib ki, İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun əmri ilə tikinti firması səkini zəbt etməkdədir.

Üstəlik, bazar günü şəhər rəhbərliyi istirahət edir, amma insanlar dincələ bilmirlər. Çünki maşınların səsi onlara bütün günü “sakitlik” və “hüzur” bəxş edir.


Səkinin satılması isə piyadaların yolunu bağlayıb. İcra hakimiyyətləri şəhər və rayonlarda satmağa yer qalmadığı üçün səkilərə əl atıblar.

Nizami, Xətai və digər rayonlarda da icra başçıları tərəfindən bu qanunsuzluqlar həyata keçirilib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.