Vətəndaşın adından 4 avtomobil sığorta edilib - VİDEO

7-08-2018, 00:02           
Vətəndaşın adından 4 avtomobil sığorta edilib - VİDEO
Sığorta şirkətlərindən biri Cəlilabad sakininə qarşı fırıldaqlıq edib. Bunu zərərçəkmiş şəxs iddia edir.

İddiaya görə, xəbəri olmadan onun adından 4 avtomobili icbari sığorta ediblər.

Teref.Az bildirir ki, hadisə Cəlilabad sakini Qayıtmaz Cəfərovun başına gəlib. Oğlu Ramil Cəfərov deyir ki, atası öz avtomobilini bir neçə ay əvvəl sığorta etdirərkən ona bildiriblər ki, yol nəqliyyat hadisəsi törətmədiyi üçün bonuslu müştəridir. Onun ''Vaz-21011'' markalı avtomobilini xüsusi endirimlə sığorta ediblər.

Ağsaqqal kişi bir həftə əvvəl oğlunun idarə etdiyi avtomobili də sığorta etdirmək üçün təkrar həmin sığorta şirkətinə müraciət edib.

Ramil Cəfərov iddia edir ki, həmin sığorta şirkətinin əməkdaşı atasının adında endirimin olmasından istifadə edərək öz qazancı üçün bunu digər sürücülərə satıb. O, məsələ ilə bağlı icbari sığorta bürosuna da müraciət etdiyini deyir.

Məsələyə münasibət bildirən sığorta ekeperti Daşdəmir Niftəliyev bildirib ki, vətəndaşın qarşılaşdığı problem dələduzluq faktıdır. Çünki sığorta şirkətinin heç bir hüququ yoxdur ki, hansısa vətəndaşın sənədlərindən istifadə edərək digər şəxslərə icbari sığorta etsin.

İcbari Sığorta Bürosundan isə bildirdilər ki, vətəndaşın müraciəti ''Dəstək'' şöbəsində araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra məsələ öz həllini tapacaq. /xezerxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru