Samir Abasov: "Mövqeyimiz elədir ki, qələbəyə sevinə də bilmirsən"
10-02-2019, 19:22
"Bu cür oyundan sonra şərh vermək çox çətindir. Matçdan əvvəl də çətinliklərlə üzləşdik. Bir sıra yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədir ki, qələbəyə sevinə də bilmirsən".
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis digər sualları da cavablandırıb...
Qalib gəlsəniz də, rəqib çoxlu sayda qol epizodu yaratdı...
- İlk yarıda hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan yararlanmağa başladı. İstifadə edə bilsəydilər, bəlkə də “Səbail” böyük hesabla qalib gələcəkdi. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. Özünüz də gördünüz ki, gənc futbolçumuz panikaya düşmüşdü. Bizə bir az çətin idi. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa zamanda özlərini göstərə biləcəklər.
“Zirə” niyə hər dəfə yalnız bir hissə yaxşı oynayır?
- Bu, rotasiyalarla bağlıdır. Hətta köməklçilərdən birini tribunaya göndərdik ki, meydanı daha yaxşı görsün.