“Ən ciddi məsələ tenderlərlə bağlıdır” - Deputatdan SOS!

26-04-2022, 16:06           
“Ən ciddi məsələ tenderlərlə bağlıdır” - Deputatdan SOS!
Deputat Vahid Əhmədov Milli Məclisdə Hesablama Palatasının təqdim etdiyi sənədin müzakirəsi ilə bağlı çıxış etdi.

Deputat bildirdi ki, Palatanın təqdim etdiyi hesabatı və qurumun fəaliyyətini məqbul sayır. Bununla yanaşı, V.Əhmədov bir sıra narahatlıqlarını da bölüşdü: “İnvestisiya proqramları ilə əlaqədar çox ciddi problemlər var. Həmçinin ən ciddi məsələ tenderlərlə bağlıdır. Tenderlərin şəffaflığının qorunmaması çox ciddi problemlər yaradır”.

Daha sonra deputat maraqlı bir təklif verdi. Qeyd etdi ki, Milli Məclisin iclaslarında mütəmadi olaraq 30 dəqiqəlik müzakirələr aparılır, bir çox problemlərlə bağlı fikirlər səsləndirilir. Bu mənada V.Əhmədov Hesablama Palatasının bir üzvünün mütəmadi olaraq plenar iclaslarda iştirakını zəruri saydı: “Həmin nümayəndə burada iştirak etməli, gələn il üçün iş planı təsdiq edəndə, parlamentdə qaldırılan məsələləri də özünün iş planına daxil etməlidir”.

V.Əhmədov spiker S.Qafarovaya Palatanın bir nümayəndəsinin plenar iclaslarda iştirakını təmin etmək xahişini ünvanladı.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.