“Göstəriş verən məmuru tanıyıram, ona görə də hər dəfə məhkəməni uzadırlar” - Qalib Salahzadə

26-04-2022, 17:53           
“Göstəriş verən məmuru tanıyıram, ona görə də hər dəfə məhkəməni uzadırlar” - Qalib Salahzadə
“Aprelin 28-də məhkəmə prosesi keçiriləcək. Yəqin ki, vərəsələrdən biri xəstə olduğu üçün məhkəmə prosesinin müəyyən müddətə də uzadılacağı deyiləcək. Həmişə belə bəhanələr gətirirlər. Məsələ Ağasif Şakiroğluluq deyil, o, uşaqdır. Uşağın sözü ilə kimdir ki, oturub-duran?! İmkan vermirlər ki, bu məhkəmə prosesi Sabunçu rayonundan kənara çıxsın”. Teref.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında sabiq deputat Qalib Salahzadə Gələcək Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə məhkəmə çəkişməsi barədə danışarkən deyib.

Q.Salahzadə bildirib ki, Əmlak Komitəsindən həmin bağa iki dəfə baş çəkib, ölçüb-biçiblər, amma rəy vermirlər: “Hamısı tapşırıqla həyata keçirilir. Göstərişi verən də məmurdur. Məhkəməyə getdim, ya getmədim, fərqi yoxdur. Aydın məsələdir ki, məhkəmə özbaşına deyil, ona nəyi desələr, o qərarı da çıxaracaq. İndi 70 yaşında durub gedim məhkəməyə ki, “salam, mən gəlmişəm”. Nə istəyirlərsə, etsinlər, amma bu şəkildə bağ sahibi olmaq olmaz. Göstəriş verən məmuru tanıyıram, ona görə də hər dəfə məhkəməni uzadırlar. Mənasız bəhanələr deyirlər. Qoy, nə istəyirlərsə, etsinlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.