“Yerlərdə elə şeylər baş verir ki, biznes sadəcə inildəyir” - Matviyenko

27-04-2022, 08:58           
“Yerlərdə elə şeylər baş verir ki, biznes sadəcə inildəyir” - Matviyenko
Rusiya Federasiya Şurası ölkənin Baş nazirinə belə bir təkliflə müraciət edib ki, nəzarət-nadzor orqanları təkmilləşdirilsin, onların ştatları ixtisar olunsun və yoxlama keçirmək səlahiyyətləri məhdudlaşdırılsın.

Bu barədə parlamentin yuxarı palatasının spikeri Valentina Matviyenko bəyan edib.

«Biz, təklif hazırlayırıq - mən, bununla Baş nazirə müraciət etmək istəyirəm - nəzarət-nadzor orqanlarında islahat ehtiyacı yetişib. Onlar nəzarət edirlər, onların işinə isə heç kim nəzarət etmir. Onlar nəzarətsizdirlər. Onlar yerlərdə elə şeylər edirlər ki, biznes sadəcə, inildəyir» - Matviyenko Federasiya Şurasının iclasında (aprelin 26-ı) deyib.

O, «onları yerində oturtmağa, səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırmağa çağırıb - hansı yoxlamalar, nə zaman keçirilməlidir, sadəcə nə vaxt ağıllarına gələcəksə, yox».

«Bu sistemin islah olunmasına baxmaq, bütün bu ordunun sayını ixtisar etmək və bu sferada qayda yaratmaq» - o, qəti şəkildə fəaliyyət planı müəyyən edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru