“Ukrayna ordusu Kremlə qədər gedə bilər” - Putinin keçmiş dostu

27-04-2022, 11:08           
“Ukrayna ordusu Kremlə qədər gedə bilər” - Putinin keçmiş dostu
Putinin keçmiş dostu və milyarder Sergey Puqaçov proqnoz edib ki, Rusiyanın Ukraynaya tammiqyaslı soxulmasına görə bundan sonra hadisələr necə inkişaf edə bilər. O, Ukrayna silahlı qüvvələrinin Moskvaya qədər getməsi variantını istisna etmir, amma bu halda Rusiya Prezidenti nüvə santajına əl atacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə Puqaçov ukraynalı jurnalist Alesya Batsmana müsahibəsində danışıb.

Onun sözlərinə görə, birinci variant - «sülhə məcbur etmədir». Başqa sözlə, Ukrayna və Rusiya Prezidentlərini Qərb sülhə və Kiyevin ərazi güzəştlərini nəzərdə tutan hansısa müqavilə imzalamağa məcbur edəcək. Batsman o saat cavab verib ki, «Zelenski onu imzalamayacaq».

İkinci variant, Puqaçov davam edib - Ukrayna ordusunun kompromissiz qələbəsi.

«Bilmirəm bu, harada qurtaracaq, təmas xəttinin hansı hissəsində… Bu gün gördüyümə görə deyirəm, o, haradasa Moskvada qurtarmasın» - Putinin keçmiş dostu deyib.

Jurnalist dəqiqləşdirib, Ukrayna ordusu Kremlə qədər gedə bilərmi? Milyarder cavab verib: «Gedə bilər».

Amma Puqaçov eyni zamanda qeyd edib ki, ikinci variant halında Putin nüvə şantajı tətbiq edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru