“İstərdim ki, o, tribunalda müttəhim kürsüsündə ömrünü başa vursun...” - Putinin keçmiş dostu

29-04-2022, 07:53           
“İstərdim ki, o, tribunalda müttəhim kürsüsündə ömrünü başa vursun...” - Putinin keçmiş dostu
KİV-də Putinin sağlamlıq problemləri barədə müntəzəm olaraq xəbərlər dolaşır. Bəziləri deyirlər ki, onun onkoloji xəstəliyi var, başqaları onun parkinson xəstəliyi barədə yazırlar.

Vladimir Putinin keçmiş dostu və milyarder Sergey Puqaçov Rusiya Prezidentinin hansı sağlamlıq probleminin olması barədə danışıb.

Bu barədə o, ukraynalı jurnalist Alesya Batsmana müsahibəsində söz açıb.

Jurnalist soruşub, Putinin sağlamlığı necədir və biz, ümid edə bilərikmi ki, o, tezliklə öləcək. Puqaçov buna cavab olaraq bildirib ki, bunu heç kim bilmir. «Onun sağlamlığı, bundan başqa, mən bildiyimə görə, mənim yanımda o, atdan yıxılıb və bel sütununu zədələyib, bundan artığını xatırlamıram. Bundan sonra o, iki ay çətin yeriyib, uzanıb, korset daşıyıb. Onda dövri olaraq, bu nasazlıq uzun illər baş qaldırıb» - Putinin keçmiş dostu deyib.

O, əlavə edib ki, Putin başqa sağlamlıq problemi barədə ona danışmayıb - heç bir onkoloji xəstəliyi barədə. «Hamamda mən, onunla zümüzü buxara vermişik, başqa heç nə görməmişəm» - Puqaçov deyib.

O, həm də Putini hansı talenin gözlədiyi barədə danışıb. «İstərdim ki, o, hansısa tribunalda hərbi cinayətkar kimi müttəhim kürsüsündə ömrünü başa vursun» - Puqaçov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru