Azərbaycanda yeməli yağ bazarında qıtlıq olacaq? - İqtisadçı

30-04-2022, 00:43           
Azərbaycanda yeməli yağ bazarında qıtlıq olacaq? - İqtisadçı
"“Azərsun Sənaye Parkı”nda yanğının baş verməsi ölkədə yeməli yağla bağlı müəyyən çətinliklər doğuracaq. Lakin bu, çox ciddi hal almayacaq”.
Bu sözləri Bakupost.az -a iqtisadçı-ekspert Asif İbrahimov deyib.
O, Sumqayıtdakı yanğında 5-6 aylıq yağ ehtiyatının məhv olmasına diqqət çəkib:

“Azərsun Sənaye Parkı” Azərbaycanın qida məhsulları sənayesi istehsalında önəmli bir yeri tutur və mühüm vergi ödəyicilərindəndir.
Eyni zamanda, ölkəmizdə qida təhlükəsizliyi sahəsinə ciddi töhfələr verir və bir çox yerli məhsulların istehsalını həyata keçirir.
Yanğının baş verməsi ölkədə yeməli yağla bağlı müəyyən çətinliklər doğuracaq. Lakin bu, çox ciddi hal almayacaq.
Digər bir məsələ isə, bazarın boşluğu sevməməsidir. Təbii ki, həmin təşkilat öz müştəriləri üçün məhsullarını tədarük etmək istiqamətində müəyyən işlər görəcək.
“Azərsun Sənaye Parkı”ndan başqa Bakı Yağ Fabriki mövcuddur. Yəni yağla bağlı “Azərsun”un itkilərini bu fabrikin sığortalayacağını düşünürəm.
Rusiya-Ukrayna müharibəsi səbəbindən də yağ məhsullarının ixracı ilə bağlı məhdudiyyətlər yaranıb. Lakin bizim alternativlərimiz var: Belarus, Yeni Zelandiya, Türkiyə və digər ölkələrdən yağ tədarükü həyata keçirilir. Azərbaycan bazarı təkcə “Azərsun”dan ibarət deyil, digər istehsalçılar da mövcuddur. Yəqin ki, həmin istehsalçılar da bazarda boşluğu görüb daha artıq istehsala başlayacaqlar.
Yağ qiymətlərinin artması isə yanğın faktoru ilə əlaqəli deyil. Onsuz da ayda bir dəfə sırf yağ, şəkər məhsulları sahəsində qiymətlərdə bahalaşma müşahidə edirik. Bunu yanğınla əlaqələndirmək doğru deyil. Ona görə də yağ qiymətlərinə ciddi təsirlər olmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.